Icma.az
close
up
RU
İqtisadi əlaqələr intensivləşir

İqtisadi əlaqələr intensivləşir

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnvestisiya tərəfdaşlığının ikitərəfli biznes missiyası hazırlayır

Cari il fevralın 9-10-da ABŞ Ticarət Palatası, ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyinin nümayəndələri birlikdə Azərbaycana ilk dəfə ikitərəfli biznes missiyasının təşkili nəzərdə tutulur. İki günlük səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinə Azərbaycan dövlət orqanları, dövlət şirkətləri və özəl sektorun aparıcı oyunçuları ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq.

Əsas diqqət energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcək. Missiyanın proqramında Prezident Administrasiyası və Nazirlər Kabineti, müvafiq nazirliklər, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft Fondu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), “PAŞA Holdinq” MMC, Azərbaycan Amerika Ticarət Palatası (“AmCham”), həmçinin digər dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi mübadilələri artırmaqdadır

Missiya Azərbaycan və ABŞ arasında iqtisadi münasibətlərin çoxşaxəli inkişafı üçün yeni dövrün başlandığına işarə edir. Tərəflər arasında münasibətlərin yeni gündəliyini müəyyən edən Strateji Tərəfdaşlıq Xartiyası üzrə Memorandum iqtisadi-ticari-enerji sahəsində çoxistiqamətli konsepsiya olmaqla, əməkdaşlığın inkişafına təkan verməkdədir. Son aylarda iki dövlət arasında iqtisadi və siyasi bloklarda ardıcıl xarakter alan sıx təmasların artması və qətiyyətli iradənin ortaya qoyulması Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni dövrə daxil olmasını təmin etməkdədir.

Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili, xanım Emi Karlon da son aylarda ABŞ-Azərbaycan münasibətlərinin sürətli inkişafının müşahidə edildiyini vurğulayaraq bu dinamikanın irəliləməsində ötən ilin avqustunda təsis edilmiş strateji əməkdaşlıq üzrə sənədin əhəmiyyətinə toxunub.  İki ölkə arasında imzalanmış Anlaşma Memorandumu ABŞ və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün çərçivəni müəyyən etməklə biznes sektorları üçün də dərin münasibətlər qurub.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində dünyanın iri korporasiya rəhbərləri ilə görüşlərində də ABŞ-ın nüfuzlu şirkət və maliyyə holdinqləri xüsusi yer tutub. Dünyanın nəhəng investisiya və maliyyə şirkətlərindən biri olan “J.P. Morgan” şirkətinin rəhbər heyəti ilə görüşdə bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində yeni əməkdaşlıq imkanları müzakirə olunub. Eləcə də ABŞ-ın digər investisiya nəhəngi - “Dell Technologies” şirkəti ilə Azərbaycan arasında “rəqəmsal iqtisadiyyat” quruculuğunda birgə fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

İkinci neft bumu və enerji diplomatiyasının yeni səhifəsi

Şərq-Qərb enerji dəhlizlərinin formalaşmasına hər zaman davamlı dəstək verən Amerika BTC, TANAP, TAP layihələrin sülh və rifah, əsil enerji həmrəyliyi dəhlizləri olmasını bəyan edərək Azərbaycanın enerji siyasətini alqışlayıb. ABŞ-ın nəhəng enerji korporasiyası - “ExxonMobil” hazırda Azərbaycanda quruda yerləşən neft və qaz ehtiyatlarının potensial inkişafını qiymətləndirir. Bu isə yeni neft bumunun başlanması  və ABŞ-Azərbaycan enerji tərəfdaşlığının yeni mərhələyə daxil olması deməkdir. Bu əməkdaşlıq digər ABŞ şirkətlərinin də ölkəmizin enerji sektoruna gəlişinə dərin zəmin yaradacaq, ələlxüsus da “yaşıl enerji” sahəsində nəzərdə tutulan gündəliyi inkişaf etdirəcək. Bu, eyni zamanda, Azərbaycanın “yaşıl enerji keçidi” layihələrində, xüsusilə külək və Günəş enerjisi sahəsində Amerika şirkətlərinin iştirakının da genişləndirilməsini təşviq edir. 

“ExxonMobil” və yaxın partnyorları, habelə Azərbaycanın  qeyri-enerji sektorlarında da cığır açır və bu, biznes qurmaq istəyən bütün ABŞ şirkətlərini tam şəkildə birgə biznes alyansının formalaşmasına töhfə verəcək. Eləcə də daşınmaz əmlak, maliyyə, turizm və kənd təsərrüfatını əməkdaşlıq üçün potensiallı sahələrə hüquqi-iqtisadi baza yaradır.  Amerika IT şirkətlərinin və vençur investorlarının bu sahəyə cəlb edilməsi də nəzərdə tutulur. ABŞ bu sahədə dünyanın ən qabaqcıl texnologiyalarına malik olduğuna görə, biz həmin texnologiyaları ölkəmizə gətirmək niyyətindəyik.

Orta Dəhlizdə yeni kommunikasiyalar quruculuğu başlayır

Orta Dəhliz çərçivəsində ABŞ ilə Azərbaycan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivləri də çox ümidvericidir. TRIPP layihəsi burada açar rolunu oynamaqla digər kommunikasiyaların vəhdəti üçün təşəbbüslər gerçəkləşdirəcək.

Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır.

Azad ərazilərdə Amerika sərmayəsi üçün imkanlar böyükdür

Amerika biznesi Azərbaycan Respublikasında azad edilmiş ərazilərin bərpasında və inkişafında da əhəmiyyətli dərəcədə rol oynayacaq. Hazırda bu ölkənin qeyri-hökumət təşkilatı Marşal Fondu Azərbaycanın ANAMA təşkilatına ərazilərin minalardan təmizlənməsi işinə dəstək verir. ABŞ nümayəndə heyəti və diplomatik korpusun üzvləri Füzuli, Cəbrayıl, Zəngilan və bir sıra digər yerlərdə olublar. Səfər zamanı hava limanlarını, dəmir yollarında və avtomobil magistrallarında həyata keçirilmiş işlərlə yaxından tanış olan amerikalılar öz qabaqcıl təcrübələrini bu ərazilərdə də bölüşməyə razıdır. ABŞ şirkətləri mühəndislik və infrastruktur da daxil olmaqla, bütün sahələr üzrə texniki təcrübəyə malik olan nüfuzlu investisiya qruplarını bu bölgədə iqtisadi əməkdaşlıq zəncirinə qoşulacaqlarını istisna etmir. Bütün bunlar Amerika şirkətlərinin ərazilərdəki aqrar, aqrar-sənaye, enerji layihələrində təmsil olunmasına stimul verə bilər.

ABŞ-ın Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler də Azərbaycanda əlverişli sərmayə mühitinin mövcudluğuna toxunaraq bu amilin ABŞ investorları üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Beləliklə, çoxistiqamətli əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatına ABŞ şirkətlərinin yeni axınlarına və ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəyə yüksəlməsini təmin edəcək.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri