Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Türk dövlətləri arasında iqtisadi əlaqələr

Türk dövlətləri arasında iqtisadi əlaqələr

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təşkilata üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsinə, ticarətin artmasına, investisiya qoyuluşlarının dinamikasına təkan verəcək. Bu cür tədbirlər ölkələr arasında qarşılıqlı inamın və etimadın artmasına şərait yaratmaqla yanaşı biznes dairələrinin də diqqətini daha çox özünə çəkir. Təsadüfi deyil ki, türk dövlətləri arasında iqtisadi əlaqələr ildən-iləı artır. Doğrudur, bu əsahə potensial imkanlar hələ tam reallaşdırılmayıb, ancaq artan dinamikasının özü müsbət amil kimi qeyd olunmalıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin ikinci rübünə dair buraxılışı nəşr edilib. Bu ilin ikinci rübü Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr davamlı iqtisadi inkişaf nümayiş etdirib.İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan hesabata əsasən, TDT ölkələrinin ümumi ÜDM artım tempi orta hesabla 5,4 faizə çataraq qlobal artım tempini (2,3 faiz) iki dəfə üstələyib. TDT ölkələri üzrə ümumi ÜDM 1 trilyon 112,6 milyard dollar təşkil edib.

Türk dövlətlərində müşahidə olunan sürətli iqtisadi artım infrastruktur, enerji sektoru və rəqəmsal innovasiyalara qoyulan investisiyalarla dəstəklənib. Qazaxıstan, Türkmənistan və Özbəkistan müvafiq olaraq 6,2 faiz, 6,3 faiz və 7,2 faiz sürətli ÜDM artım tempi nümayiş etdirib. Şimali Kipr Türk Respublikasında (ŞKTR) 6,4 faiz, Qırğızıstanda 11,7 faiz artım qeydə alıb. Azərbaycanın iqtisadiyyatı 1,5 faiz, Türkiyə 3,6 faiz artım əldə edib. Macarıstan əsasən rəqəmsal və yaşıl sektorların inkişafı ilə 0,1 faiz artıma nail olub.

2025-ci ilin birinci yarısında qlobal ticarətdə artımın 1,7 faizə qədər azalmasına baxmayaraq, TDT ölkələri beynəlxalq ticarətdə güclü mövqeyini qoruyub, qlobal ticarət dövriyyəsinin 4,2 faizini təşkil edərək ümumilikdə 701,6 milyard dollara çatıb. Azərbaycan və Qazaxıstan davamlı ticarət profisitinə malikdir. Azərbaycanın ticarət profisiti 920 milyon dollar, Qazaxıstanın isə 7,68 milyard dollar olub. Özbəkistan tekstil, minerallar və kənd təsərrüfatı məhsulları hesabına ümumilikdə 29,1 faiz ixrac artımına nail olub.

Hesabat dövrü ərzində maliyyə sahəsində də əhəmiyyətli irəliləyişlər əldə edilib. Qazaxıstanın və Türkiyənin büdcə gəlirlərində artım olub. Artım əsasən hidrokarbon gəlirləri ilə yanaşı, vergi islahatları və infrastruktur maliyyələşməsi ilə də səciyyələnib. Qazaxıstanın dövlət gəlirləri 17,6 faiz artaraq 28,45 milyard dollara çatıb, Türkiyənin gəlirləri isə 149,58 milyard dollar təşkil edib. Azərbaycan büdcə gəlirlərində 5,1 faiz artım əldə edərək, ümumilikdə 11,65 milyard dollara çatıb, bu artım əsasən qeyri-neft sektorunun inkişafı ilə əlaqədardır.

Yaşıl və rəqəmsal iqtisadiyyata keçid TDT ölkələri üçün prioritet olaraq qalır. Qazaxıstan 2025-ci ildə bərpaolunan enerji layihələri üçün 3,2 milyard dollar ayırıb. Bu layihələrə günəş və külək enerjisi daxildir. Özbəkistan isə yaşıl istiqrazlar vasitəsilə davamlı infrastruktur layihələrini maliyyələşdirmək üçün 1 milyard dollar toplayıb. Azərbaycan yaşıl enerji və rəqəmsal infrastruktur sahəsində investisiyalarını sürətləndirərək, xüsusilə ağıllı idarəetmə və elektron hökumət xidmətlərinin inkişafına diqqət ayırır.

Rəqəmsal transformasiya da yüksək prioritet təşkil edir. Qazaxıstanın rəqəmsal iqtisadiyyatı 2025-ci ildə ÜDM-nin 9,2 faizini təşkil edir, Türkiyə isə ağıllı şəhər təşəbbüslərində irəliləyişlərə nail olub. Azərbaycanda Zəngəzur və Qarabağ iqtisadi zonalarında transformativ ağıllı şəhərlər və kəndlər inkişaf etdirilir.

TDT ölkələrinin yaşıl texnologiyalar, rəqəmsal infrastruktur və qeyri-neft sektorlarında investisiyalara fokuslanmağa davam etməsi gözlənilir. Orta Dəhlizin inkişafı Asiya və Avropa arasında ticarət əlaqələrini gücləndirməkdə mühüm strateji əhəmiyyətə malikdir. TDT çərçivəsində regional əməkdaşlıq rəqabət qabiliyyətini, davamlılığı və texnoloji yeniliyi artırmaq üçün vacib olacaq. Bununla yanaşı, qlobal səviyyədəki geosiyasi gərginliklər və enerji qiymətlərinin dalğalanması kimi çətinliklər diqqətlə idarə edilməli, iqtisadi sabitlik və artımın davamlı olması təmin olunmalıdır.

2025-ci ilin ikinci yarısı üçün TDT regionu ümidverici iqtisadi mənzərə təqdim edir. Regional inteqrasiya, yaşıl enerji və rəqəmsal transformasiya əsas inkişaf drayverləri olaraq qalır. Türk Dövlətləri həm davamlılıq, həm də innovasiya sahələrində lider olmaq üçün əhəmiyyətli addımlar ataraq qlobal güc mərkəzlərindən birinə çevrilmə istiqamətində irəliləyir.

Türkiyə, Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqlər daha sıxdır. Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir. Eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər. Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 mlrd. ABŞ dollarınadək investisiya yatırılıb. Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəaldır. Azərbaycanın xarici ticarətində Türkiyə 2-ci yerdə olmaqla mühüm paya malikdir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin 26 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,6 faizi Rusiya, 8,7 faizi Çin, hər biri 3,1 faiz olmaqla Almaniya və Birləşmiş Krallıq, 2,6 faizi ABŞ, 2,1 faizi Çexiya, 1,8 faizi Qazaxıstan, hər biri 1,6 faiz olmaqla Gürcüstan, Bolqarıstan və Xorvatiya, hər biri 1,5 faiz olmaqla Yunanıstan, Rumıniya və İsveçrə, 1,4 faizi Portuqaliya, 1,3 faizi Avstraliya, 1,2 faizi İran, hər biri 1,0 faiz olmaqla Ukrayna, Meksika və Cənubi Afrika Respublikası, 0,9 faizi Özbəkistan, 13,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi, qarşlıqlı investisiyalar getdikcə artır. Orta Dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında da artım var. 500 milyon dollarlıq kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə 8 layihə üzrə işlər görülür. Geyim istehsalı sahəsində yaxşı təcrübəsi olan Özbəkstanın biznes dairələri Azərbaycanda bu sektora nöyük maraq göstərirlər. Hətta ortalıqda konkret fəaliyyət və investisiya yatırımları da var. Belə ki, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki açılıb. Ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.

Azərbaycan tərəfi də Özbəkistana sərmayə yatırmaqda maraqlıdır. 2024-cü ildə Daşkənddə ofisinin açılışı olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığın uğurlu inkişafına töhfə verə bilər. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49%-dək paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 mln. ABŞ dollarıdır. Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.

Mahir Həmzəoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Oktyabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri