Icma.az
close
up
RU
İqtisadi əməkdaşlığın yolları müəyyənləşdirildi ŞƏRH

İqtisadi əməkdaşlığın yolları müəyyənləşdirildi ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Qlobal Cənub ölkələri ilə siyasi əməkdaşlığının əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli dialoqun genişləndirilməsidir. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan inkişaf etməkdə olan dövlətlərin maraqlarının beynəlxalq gündəlikdə daha geniş təmsil olunmasına, çoxtərəfli diplomatiyanın inkişafına və dövlətlərin suverenliyinə hörmət prinsiplərinə xüsusi diqqət yetirib. Bu əməkdaşlığın davam etdirilməsi üçün BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar əhəmiyyətli imkanlar yaradır. Azərbaycan üçün belə platformalarda iştirak həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də beynəlxalq məsələlər üzrə tərəfdaşlarla ortaq mövqelərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu məsələlər dövlətimizin başçısı İlham Əliyevin ölkəmizə rəsmi səfər edən Kamboca Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında xüsusi qeyd edildi. Cənab İlham Əliyev vurğuladı ki, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik.
Azərbaycan ilə Qlobal Cənub ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas istiqamətlərindən biri qarşılıqlı ticarətin artırılması və qeyri-neft sektorunun ixrac imkanlarının inkişaf etdirilməsidir. Dövlətimizin başçısı İlham Əliyev ilə Kamboca Krallığının Baş naziri Hun Manetin mətbuata bəyanatlarında ölkə Prezidenti “Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur” söyləyərək bildirdi ki, yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq: “Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək. Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq”.
Azərbaycanın əlverişli coğrafi mövqeyi Asiya ilə Avropa arasında yükdaşımalar və tranzit əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır. Orta Dəhliz, Xəzər dənizi üzərindən daşımalar, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu ölkənin beynəlxalq nəqliyyat sistemindəki rolunu genişləndirmək üçün imkanlar yaradır. Sözügedən səfər zamanı əlaqələrin inkişafında nəqliyyatın rolu xüsusi qeyd edildi. Cənab İlham Əliyev bildirdi ki, nəqliyyat və rəqəmsal transformasiya müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir. Kamboca Krallığının Baş naziri Hun Manet isə bunun davamı olaraq qeyd etdi ki, növbəti addım müzakirə etdiyimiz məsələlərin konkret tədbirlərə çevrilməsi, onların praktikada həyata keçirilməsi və real nəticələrin əldə olunması üçün birgə fəaliyyət yollarını müəyyənləşdirməkdir.
Azərbaycanın özəl sektorunun nümayəndələri ilə görüşmək imkanı əldə edən Hun Manet, həmçinin Azərbaycanın işgüzar nümayəndə heyətini mövcud imkanları araşdırmaq üçün Kambocaya dəvət etdi. Özəl sektorlar arasında birbaşa əlaqələrin qurulması real imkanların təşviqi və investisiya əməkdaşlığı üçün konkret perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri