Icma.az
close
up
RU
İqtisadi münasibətlərdə yeni səhifə

İqtisadi münasibətlərdə yeni səhifə

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradılır

“Şimal-Cənub” və “Trans-Xəzər” quruculuğu

Azərbaycanın dövlət başçısının bəyan etdiyi kimi hazırda çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var və bu möhkəm sütunlar üzərində iqtisadi- ticarət əlaqələrini inkişaf etdirmək üçün iradə də mövcuddur. Tərəflərin apardıqları müzakirələr iqtisadi səmərəliliyi artırmaq baxımından çox məhsuldar oldu və Azərbaycan-İran dövlətlərarası iqtisadi əlaqələrinin yüksək səviyyəyə qaldırılması üçün konkret prioritetlər müəyyənləşib.

İran və Azərbaycan ikitərəfli iqtisadi təmasların keyfiyyətini artırmaqla bərabər, üçtərəfli əməkdaşlıq layihələrinin genişlənməsində səyləri genişləndirməklə bölgənin ümumi rifahına töhfə vermək niyyətindədir. Təbii ki, burada “Şimal-Cənub” nəqliyyat dəhlizi xüsusi yer tutur və bu layihə iştirakçı olan bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan bu nəhəng tranzit arteriyasının qurulması üçün öz ərazisində bütün lazımi infrastruktur layihələrini həyata keçirib və hazırda artan yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarını və infrastrukturlarını daha da genişləndirir. Dəniz limanı, dəmir yolu və avtomobil nəqliyyatının bütün istiqamətləri üzrə yaradılan yeni landşaft gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün möhkəm nəqliyyat arxitekturası deməkdir.

Respublikamız, həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizinin daşıyıcılıq gücününün artırılması yönündə İran və Rusiyanın nəqliyyat xətlərinin əlaqələndirilməsini təmin etmək məqdsədilə birgə modernləşmə işləri aparır. Plana əsasən, “Ulyanovsk-  Bakı - Astara” marşrutu “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika zəncirinə qoşulacaq, eyni zamanda, Azərbaycan və İranın dəmir yolları birləşdiriləcək. Həmçinin, “Şimal-Cənub” marşrutunun “Trans-Xəzər” bölməsinin də bu inteqrasiya blokuna cəlb edilməsi istiqamətində də fəal iş aparılmaqdadır.

Tərəflər, həmçinin Orta-Mərkəzi Asiya-Xəzər tranziti üzrə dəhlizin daşınma rejiminin asanlaşdırılması üçün tariflərinə yenidən baxılmasını, güzəştli ticarət rejiminin yaradılmasını vacib sayır. Eyni zamanda, sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydasının asanlaşdırılması, daha açıq və hesabatlı tranzit formatının təşkili məqsədilə rəqəmsal platformanın qurulması təklif olunub. Ümumilikdə, məqsəd bu nəqliyyat dəhlizinin gücünün daha da artırılması üçün Xəzər klasteri zonasında bütün tərəflərin dəniz-liman infrastrukturu və konteyner qovşaqlarının, dəmir yolu şəbəkələrinin əlaqələndirilməsi, vahid yükdaşıma sisteminin yaradılmasıdır.

Birgə Bəyannamə gələcək əməkdaşlıq üçün yol xəritəsidir

İran Prezidenti Prezident Məsud Pezeşkianın bəyan etdiyi kimi ikitərəfli münasibətlərimizdə atılacaq addımlar və mümkün olan bütün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərilən əzmkarlıq hər iki tərəfə böyük faydalar gətirəcək. Gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planlar mövcuddur ki, bu planın əsas hədəflərinə sənaye, iqtisadiyyat, ticarət, investisiya sahələrində birgə layihələrin dinamizmini artırmaq daxildir. Bunun üçün yolların birləşdirilməsi, maliyyə, ticarət əlaqələrinin yaxşılaşdırılması, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərində ortaq mənafelərə uyğun prinsipial addımların atılması nəzərdə tutulur. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək. İş adamları birgə istehsal proseslərini həyata keçirəcək, birgə sərmayələr yatıraraq layihələr icra edəcəklər.

İki ölkə arasında iqtisadi-ticari dinamikanı gücləndirmək, investisiya əlaqələrini təşviq etmək üçün biznes icmaları arasında daha sıx ünsiyyətin qurulması nəzərdə tutulur. Bu baxımdan iki ölkə arasında imzalanan sənədlər, Prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannamə gələcək əməkdaşlıq üçün yol göstərən konsepsiya və mühüm  hesab oluna bilər. Eyni zamanda, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu” bu sahədə yeni fürsətlər və qapılar açır.

Biznes-forum iqtisadi məram və gələcək niyyətləri əks etdirir

Təbii ki, siyasi əlaqələr güclü olanda biznes dairələri də öz fəaliyyətlərini buna uyğun şəkildə qururlar. Bakıda keçirilən Azərbaycan-İran biznes-forumu isə dövlətlərin iqtisadi məram və gələcək niyyətlərini müəyyən edən möhkəm platforma hesab edilə bilər. Biznes-forumun nəticələrindən irəli gələrək hər iki tərəf növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə ciddi irəliləyişlərin olunacağına inanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi İrandan gələn 120-dən çox iş adamı  Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes-forum nəticəsində real layihələr meydana gələcək. Növbəti illərdə ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılacaq və mövcud statistik rəqəmlərin dəfələrlə artmasını gözləmək mümkündür. İki ölkə arasındakı ticarət dövriyyəsi bir milyard dollardan az olmaqla tərəfləri qane etmir. Eləcə də qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslərdə maraqlar üst-üstə düşür və bu istiqamətdə təsirli addımların atılacağı istisna deyil.

İqtisadi əlaqələrin möhkəmlənməsində Azərbaycan-İran hökumətlərarası komissiyasının üzərinə də böyük öhdəliklər düşür və komissiyanın fəaliyyəti yüksək qiymətləndirilə bilər. Çünki komissiyanın həmsədrləri, üzvləri müntəzəm olaraq görüşürlər və hər bir görüşün böyük əhəmiyyəti var, bir çox layihənin praktiki icrasını təmin edib. Ancaq bununla yanaşı, hər iki ölkə yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkanları birləşdirmək üçün daha çox işləmək niyyətindədir. Bu istiqamətdə müxtəlif stimulların, təşviqedici alətlərin tətbiqi də istisna olunmur. Vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik məsələlərində birgə güzəştlərin edilməsi planlaşdırılır.

Bölgənin rifahına xidmət edən nəqliyyat dəhlizləri

İran Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təmin edilmiş sağlam və münbit investisiya mühitindən yararlana bilər. Xüsusilə də infrastruktur və energetika layihələrində təmsil olunmaları üçün əla fürsətlər var, ölkəmiz İran şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edir. Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətlərinin çəkilişində İranın təcrübəli şirkətlərinin köməyindən istifadə mümkündür. Eləcə də bu bölgədəki biznes layihələrində iranlı iş adamları üçün imkanlar böyükdür. Həmçinin bu bölgədəki “yaşıl enerji” layihələrində dost ölkənin imkanlarından istifadəyə güvənmək olar. Onu da nəzərə alsaq ki, Azərbaycan “yaşıl enerji”də böyük strateji xətt açıb və beş ildən sonra 6500 meqavat gücündə günəş, külək və su enerji potensialınının böyük hissəsi ixraca yönələcək. Bu prosesdə İran da iştirak edə bilər. Yaxud, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən layihə. eyni zamanda, böyük tranzit imkanları yaradır. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Ona görə də, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də Azərbaycan və İranın üzərinə düşür. Əgər hər şey plan üzrə gedərsə bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər. Eləcə də dəmir yolu körpüsünün çəkilişi də əsas müzakirə mövzusudur. Bu dəmir yolu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıralacaq və İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi yaranmış olacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see324

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see225

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see222

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see175

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see168

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see166

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see160

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri