Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

İqtisadi münasibətlərdə yeni mərhələ

İqtisadi münasibətlərdə yeni mərhələ

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ruanda ilə Azərbaycan arasında imzalanan sazişlər iqtisadi əməkdaşlığın inkişafı üçün əsaslı zəmin yaradır

Afrika ölkələri ilə Azərbaycan arasında iqtisadi sahədə əlaqələr ötən əsrin sonlarında qurulsa da, intensiv əməkdaşlıq təmasları son illərdə yüksələrək davamlı xarakter almağa başlayıb. Afrika Birliyi Təşkilatının qitə ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə bağlı atdığı iradəli addımlar bir çox region dövlətləri, o cümlədən Azərbaycanla münasibətlərin inkişafında yeni mərhələ açıb. 2011-ci ilin 15 yanvar tarixindən etibarən Azərbaycanın Afrika İttifaqı (Aİ) yanında müşahidəçi statusu alması isə müxtəlif iqtisadi bölmələrdə əlaqələrin qurulması üçün əsaslı zəmin yaradıb.

Respublikamızın qitə dövlətlərindən Ruanda ilə beynəlxalq və regional təşkilatlarda fəal əməkdaşlığı, eyni zamanda, hökumət heyətlərinin qarşılıqlı səfərlərinin artması və mühüm sənədlərinin imzalaması münasibətlərdə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olub.

“ASAN xidmət” brendi Ruandada

Post-pandemiya dövründə isə Bakı ilə Kiqali arasında iqtisadi təmaslar üçün dialoqlar artaraq dayanılqı zəmin alıb. Ötən il Bakıda keçirilən COP29-da iştirak edən Ruandanın dövlət başçısı Azərbaycanın iqlim təşəbbüskarlığını yüksək dəyərləndirib və Cənab İlham Əliyevlə görüşdə iqtisadi əməkdaşlıq və humanitar məsələlər müzakirə olunub. Həmin görüş zamanı Azərbaycan hər zaman iqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin və Afrika ölkələrinin problemlərinə xüsusi diqqət yetirdiyi vurğulanıb. Qeyd edək ki, Bakıda tarixi qərar qəbul olunaraq, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması təmin edib. Bu imkanlardan bəhrələnən ölkələrdən biri kimi Ruanda Azərbaycanın bu liderlik keyfiyyəti sayəsində ekoloji proqramlar həyata keçirmək üçün dayanıqlı mənbəyə çıxış əldə edib.

Sentyabrın 20-də Azərbaycanda səfərdə olan Ruanda Prezidenti Pol Kaqame ilə Prezident İlham Əliyev arasında keçirilən görüşlər və aparılan faydalı müzakirələr münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Görüş zamanı iqtisadi-sosial və enerji sahələrində bir sıra zəruri layihələrin icrası üçün potensial imkanlar olduğu diqqətə çatdırılıb. Azərbaycanın dövlət başçısının vurğuladığı kimi bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək,  əməkdaşlığımızı genişləndirəcək.

Tərəflər arasında əməkdaşlığın nümunəvi formalarından biri müasir şəffaflıq idaretmə modeli olan “ASAN xidmət” brendinə oxşar qurumun Ruandada yaradılmasıdır. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə Əməkdaşlıq Proqramı”nın imzalanması “ASAN Xidmət” modelinin tətbiqini konkretləşdirəcək. Azərbaycanın Ruandada bu modelin qurulması üçün texniki və maliyyə yardımını göstərə biləcəyi istisna olunmur.

KOB-ların müştərək fəaliyyət hədəfləri

Hər iki ölkə digər istiqamətlərdə də fəal çalışır və əməkdaşlığın gücləndirilməsi üçün potensial hesab edilən  sahələrdəki vəziyyəti tədiq edir. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu” aqrar sahədə əməkdaşlıq üçün yeni xətt açır və əsas etibarilə kənd təsərrüfatı ölkəsi olan Ruandanın aqrar inkişafı üçün qabqacıl texnoloji tətbiqlərə yol açır.

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Ruanda Respublikasının İnkişaf Şurası arasında Anlaşma Memorandumu” isə biznes sektorunda əlaqələndirmə və birgə fəaliyyət prinsiplərini əks etdirir. Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektlərinin qarşıqılıqlı təmsilçilik mübadiləsinə şərait yaradır. Qeyd edək ki, bir müddət əvvəl Ruandadan gələn nümayəndə heyəti Azərbaycanda səfərdə olarkən “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub. “KOB evi”nin təcrübəsi nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilib və bu da qeyd olunan sahədə təcrübə mübadiləsi üçün geniş imkanlar açıb. Bu baxımdan yeni memorandum KOB və investorlar arasında münasibətlərin hüquqi-iqtisadi əsaslarını təmin etməklə müştərək iş planını tərtib edəcək.

Dağ-mədən, turizm və “yaşıl enerji” sahələrində tərəfdaşlıq

Azərbaycan və Ruanda arasında qarşılıqlı ticarət, dağ-mədən sənayesi və turizm sahələrində tərəfdaşlıq imkanlarının inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Azərbaycan geostrateji mövqeyi sayəsində Ruandaya ixrac imkanlarını şaxələndirməyə və yeni bazarlara çıxmasına yardım edə bilər.

Tərəflər strateji sahələrdə də əməkdaşlıq edir. ADEX-2022 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan ilə Ruanda arasında hərbi-texniki əməkdaşlıq haqqında razılaşma əldə olunub. Bu, ölkələr arasında münasibətlərin daha geniş xarakter aldığını göstərir. Habelə “yaşıl enerji” sahəsində əməkdaşlıq üçün münbit baza var. Azərbaycanın bərpaolunan enerji sektorunda fəal təşəbüskarlığı və nüfuzlu investorlarla nəhəng layihələrə imza atması Ruanda ilə bu əməkdaşlığın yeni sahələrindən birinə çevrilə bilər.

Beləliklə, Ruanda Prezidentinin Azərbaycana səfəri və sənədlərin imzalanması iki ölkə arasında münasibətləri formal əlaqələrdən faydalı və praktiki tərəfdaşlığa keçməklə yeni səviyyəyə qaldıracaq.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri