Icma.az
close
up
RU
İqtisadi rayonlar üzrə adambaşına gəlirlər açıqlanıb

İqtisadi rayonlar üzrə adambaşına gəlirlər açıqlanıb

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bu ilin ilk yarısında Azərbaycanda adambaşına düşən orta aylıq gəlir 377,9 manat təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək göstərici Bakıda qeydə alınıb. Paytaxtda adambaşına gəlir 396,1 manat olmaqla ümumi göstəricidən bir qədər çoxdur. Naxçıvan Muxtar Respublikasında bu rəqəm 384,7 manat, Abşeron-Xızı iqtisadi rayonunda isə 383,9 manat olub.
Ən aşağı göstərici Mil-Muğan iqtisadi rayonunda müşahidə edilib – 353,8 manat. Qazax-Tovuzda 376,9 manat, Qarabağda 384,7 manat, Gəncə-Daşkəsəndə isə 371,2 manat qeydə alınıb. Quba-Xaçmaz 355,2 manat, Lənkəran-Astara 381,3 manat, Şirvan-Salyan isə 373,3 manatla orta həddə yaxın nəticə göstərib.
Muzdlu işdən əldə olunan gəlirlər ən yüksək Abşeron-Xızıda olub – 199,4 manat. Bakıda bu göstərici 182,9 manat, Şərqi Zəngəzurda 173,8 manat təşkil edib. Ən aşağı muzdlu gəlir isə Lənkəran-Astara (84 manat) və Mil-Muğan (97,3 manat) rayonlarında qeydə alınıb.
Özünüməşğulluqdan gəlirlərin payı xüsusilə Dağlıq Şirvan (141,6 manat), Qarabağ (144,2 manat) və Mil-Muğan (168,3 manat) bölgələrində yüksək olub. Kənd təsərrüfatı məhsullarının istehsalından gəlirlər də əsasən regionlarda üstünlük təşkil edib. Qazax-Tovuz (73,8 manat), Mil-Muğan (64,3 manat), Şəki-Zaqatala (53,7 manat) və Şərqi Zəngəzur (57,3 manat) bu baxımdan öndədir. Bakıda isə kənd təsərrüfatı gəliri cəmi 0,3 manat təşkil edib.
Mülkiyyətdən gəlirlərə gəldikdə, ən çox gəlir Bakı şəhərindədir – 2,4 manat. Ən aşağı göstəricilər isə Qarabağ və Qazax-Tovuzda (0,2 manat) müşahidə olunub. Əmlakın icarəyə verilməsindən gəlirlər də əsasən Bakıda (1,9 manat) formalaşıb.
Alınmış cari transfertlər içində pensiyalar və sosial ödənişlər mühüm yer tutur. Bakı sakinləri orta hesabla 86,1 manat, Qarabağ 74,7 manat, Şirvan-Salyan isə 94,4 manat transfertlər əldə edib. Pensiya ödənişləri ən çox Şirvan-Salyanda – 80,9 manat olub. Müavinət və digər sosial ödənişlər isə ən yüksək göstərici ilə Dağlıq Şirvanda (14,2 manat) qeydə alınıb.
Ölkə xaricindən alınan vəsaitlər daha çox Quba-Xaçmaz (12,5 manat) və Lənkəran-Astara (13,6 manat) rayonlarında müşahidə edilib.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 20 Avqust 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri