Icma.az
close
up
RU
İqtisadi sahədə əməkdaşlıq ŞƏRH

İqtisadi sahədə əməkdaşlıq ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin 2 aprel tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanat iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlərdə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Bu görüşlər hər iki ölkənin qarşılıqlı maraqlarını təmin edən yeni təşəbbüslərin və layihələrin reallaşdırılması üçün mühüm zəmin yaratmışdır.

Azərbaycan və Almaniya arasındakı diplomatik əlaqələrin əsası 1992-ci ilin fevral ayında qoyulmuşdur. O vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq formalaşmışdır. Azərbaycan və Almaniya arasında qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə və strateji xarakter daşımasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin Almaniyaya 17 səfəri və Almaniya Prezidenti və kanslerlərinin Azərbaycana səfərləri bu əlaqələrin hər iki tərəf üçün əhəmiyyətini sübut edir. Səfərlər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər və iqtisadi razılaşmalar Azərbaycan-Almaniya münasibətlərinin uzunmüddətli inkişafı üçün güclü əsas yaradır.

Son illərdə Azərbaycan-Almaniya ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunur. 2024-cü ilin ilk iki ayında ticarət dövriyyəsinin üç dəfə artması bu sahədə böyük potensialın olduğunu göstərir. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artmasıdır. Almaniya şirkətləri Azərbaycanın bərpaolunan enerji sektorunda mühüm rol oynaya bilər. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji istehsal gücünü 6 giqavata çatdırmağı hədəfləyir və bu enerjinin bir hissəsinin Avropaya ixracı nəzərdə tutulur. Almaniya şirkətləri bu sahədə texnoloji bilik və təcrübələri ilə Azərbaycanın enerji siyasətinə əhəmiyyətli töhfə verə bilərlər. Bu əməkdaşlıq hər iki tərəf üçün iqtisadi cəhətdən faydalı olacaq və Azərbaycanın “yaşıl enerji” layihələrinin reallaşdırılmasına kömək edəcəkdir.

Beynəlxalq siyasətdəki dəyişikliklər Azərbaycan-Almaniya münasibətlərinə də təsir edə bilər. Rusiya-Qərb münasibətlərindəki gərginlik, ABŞ və Avropa İttifaqı arasında formalaşan yeni geosiyasi strategiyalar Azərbaycanın xarici siyasətində balanslı mövqe tutmasını tələb edir. Azərbaycan bu çətin geosiyasi şəraitdə tərəfdaşları ilə strateji əməkdaşlığını davam etdirərək, regionda sabitlik və inkişafı təmin etməyə çalışır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətləri yeni mərhələyə çıxaracaq və gələcək illərdə əməkdaşlıq daha da genişlənəcəkdir. Bu səfər, siyasi və iqtisadi sahələrdə tərəfdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar açır. Xüsusilə enerji, ticarət və mədəni əlaqələrin inkişafı üçün hər iki ölkə konkret addımlar atmağa hazırdır. Azərbaycan və Almaniya arasındakı əməkdaşlıq gələcək illərdə daha da möhkəmlənərək, hər iki tərəf üçün yeni perspektivlər açacaqdır.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının mühasibi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri