İqtisadi Zonaların İnkişafı Agentliyi SDU ilə əməkdaşlıq etmək istəyir
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və Sumqayıt Dövlət Universiteti (SDU) arasında Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə olunub.
XQ Agentliyə istinadən xəbər verir ki, memorandum çərçivəsində birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, tələbələrin istehsalat təcrübələrinin təşkili, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, startap təşəbbüslərinin dəstəklənməsi və texnologiya transferi nəzərdə tutulur.
Bu məsələ Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Universitetin rektoru Nurəli Yusifbəyli arasında keçirilmiş görüşdə müzakirə olunub. Tərəflər elmi-tədqiqatların sənayenin tələblərinə uyğun istiqamətləndirilməsi və insan kapitalının inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
S.Adıgözəlov Agentliyin fəaliyyəti, ölkədə sənaye zonalarının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yerli və xarici investorlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. İdarə Heyətinin sədri həmçinin, ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat-innovasiya layihələrinin həyata keçirilməsi, yüksək ixtisaslı kadr hazırlığı, tələbələrin istehsalat təcrübələrinin təşkil edilməsinin və birgə elmi-innovasiya layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
N.Yusifbəyli bildirib ki, universitetin əsas prioritetlərindən biri elm, təhsil və sənaye arasında dayanıqlı əməkdaşlığın formalaşdırılmasıdır. O qeyd edib ki, Sumqayıtın sənaye potensialının ali təhsil və elmi fəaliyyətlə inteqrasiyası, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də birgə elmi-tədqiqat, innovasiya və startap layihələrinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Görüş çərçivəsində Universitetin nümayəndələri Agentliyin nəzdindəki Peşə Təhsil Mərkəzinin fəaliyyəti və müəssisələrdə tətbiq olunan müasir istehsal texnologiyaları ilə tanış olublar. Tərəflər sənaye müəssisələrinin kadr hazırlığı və elmi-tədqiqat sahəsində ehtiyacları, eləcə də universitet–sənaye əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 İyul 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















