Icma.az
close
up
RU
İqtisadiyyat böhranın astanasındadır Rusiya müharibəni gücləndirəcək

İqtisadiyyat böhranın astanasındadır Rusiya müharibəni gücləndirəcək

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynanın Aİ-yə gedən Rusiya qazını kəsməsindən sonra Rusiyanın iqtisadi cəhətdən necə təsirlənəcəyi maraq doğurur. Ekspertlərin fikrincə, 2025-ci il Rusiya iqtisadiyyatında sıxılma və tənəzzüllə yadda qalacaq. Diplomatik dəhlizlərdə əks olunan iddialara görə; Zamanla yarışan Kreml yaxın bir neçə ayda Ukraynaya böyük hücuma keçəcək.


Manset.az-ın məlumatına görə, Ukrayna ötən həftə Rusiya qazının Avropa İttifaqı ölkələrinə tranzit axını dayandırdığını elan edib. Kiyevin qaz şirkəti "Naftoqaz" Rusiyanın enerji nəhəngi "Qazprom"la 5 illik qaz axını müqaviləsini yeniləməkdən imtina edib və yeni ilin ilk günü qaz satışını dayandırıb. Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Rusiya iqtisadiyyatına milyardlarla dollar gəlir gətirən qaz sazişinə icazə verməyəcəyini açıqlamış və bir il əvvəl Aİ ölkələrinə “sönməyə hazır olun” xəbərdarlığını etmişdi.

Avropa Komissiyası da Aİ-nin transformasiyaya hazır olduğunu və alternativləri həyata keçirəcəklərini açıqlayıb. Rusiyanın qazın kəsilməsindən ən çox Şərqi Avropa ölkələrinin təsirlənəcəyi gözlənilir. Hazırkı alternativlərə Rusiya qazını Qara dəniz vasitəsilə Türkiyə, Serbiya və Macarıstana ötürən “Türk axını” boru kəməri daxildir. Kreml administrasiyası bu qərardan təsirlənməyəcəyini bildirsə də, “The Moscow Times”ın maliyyə ekspertləri ilə birgə hazırladığı təhlil məqaləsinə görə, ruslar 2025-ci ildə müharibə iqtisadiyyatının bütün ağırlığını hiss edəcəklər. İddia olunur ki, Kremlin ilişmiş iqtisadiyyat səbəbindən zamanla yarışır və qısa zamanda Ukraynada böyük hücuma keçəcək.

Rusiyalı ekspertlərin fikrincə, ölkənin ən böyük təbii qaz şirkəti “Qazprom” qaz satışından 5 milyard dollar gəlir itirəcək. Ekspertlər hesab edir ki, Rusiya bu il ABŞ başda olmaqla bütün Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları hiss edəcək. Ölkənin ÜDM-nin 2025-ci ildə cəmi 1,3 faiz artım tempinə çatacağı gözlənilir. Rusiya Mərkəzi Bankı tələbi soyutma tədbirləri görsə də, maliyyə ekspertləri xarici borclar və kreditlər hesabına ticarət edən bir çox müəssisələrin müflis olacağını proqnozlaşdırırlar. Rusiyanın inflyasiya ilə mübarizəsi nəticəsində 2025-ci ildə iqtisadi artımında kəskin yavaşlama yaşayacağı düşünülür.

Ekspertlər Mərkəzi Bankın uçot dərəcəsini 25 faizə yüksəltməsi ehtimalının ölkəni sarsıdacağını düşünür və Moskvanın müdafiə xərclərini daim artırması və istehsalını transformasiya etməsi səbəbindən kəskin daxili sıxılma astanasında olduğunu da vurğulayırlar. Mütəxəssislər ölkədə əmək bazarındakı sıxlıq səbəbindən sektorun işçi tapa bilmədiyi məlumatlarını da bölüşürlər. Ölkədə dövlət sektoruna böyük yük qoyması gözlənilən digər bir hadisə isə 2025-ci ildə müharibəni bitirmək əzmində olan Moskvanın böyük hücumlar üçün kifayət qədər hərbi personala malik olmamasıdır. Ekspertlər Kremlin bu il ölkə daxilində qismən səfərbərlik elan edəcəyini və çoxlu sayda insanı orduya cəlb edəcəyini proqnozlaşdırır və bu gedişdən sonra biznes, kənd təsərrüfatı və sənaye istehsalı sektorlarında kadr çatışmazlığının artacağını vurğulayırlar.

Rusiyanın təbii qaz və neft satışlarında kəskin azalma gözlənilmir. Bildirilir ki, Qərbin sanksiyalarına baxmayaraq, ölkənin neft və təbii qaz gəlirləri 84,6 milyard dollar səviyyəsində qalacaq. Lakin ekspertlərin fikrincə, ölkədə neftin bir barelinin qiymətinin münasib 70 dollar səviyyəsində olması Rusiya döyüş maşınının işləməsi üçün kifayət etmir. Ukraynanın qazının kəsilməsi səbəbindən Moskvanın 8 milyard dollar gəlir itirəcəyi də təxmin edilir. Ekspertlər də hesab edir ki, rubl dollar qarşısında dəyərinin 20 faizə yaxınını itirəcək. Rusiyanın 2025-ci ildə maliyyə sıxıntısı yaşayacağını vurğulayan ekspertlər, “prezident Putin bu müddət ərzində böyük hücumlar həyata keçirməlidir” şərhi ilə razılaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 13 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri