Mişel Barnye: Ölkəmiz böhranın astanasındadır
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Fransa prezident seçkilərinə bir neçə ay qalmış maliyyə böhranının astanasındadır”.
Bunu ölkənin keçmiş baş naziri Mişel Barnye deyib.
"Fransa maliyyə böhranının astanasındadır. Bazarlara bir siqnal göndərməliyik”, - o, "Politico”ya açıqlamasında bildirib.
Nəşr Fransadakı vəziyyəti bir-birini daha da dərinləşdirən büdcə və sosial böhranların yaratdığı "qapalı dövrə” kimi xarakterizə edir.
Bundan əlavə, investorları prezident seçkilərində populist siyasətçilər Marin Le Penin və ya Jan-Lük Melanşonun qalib gəlməsi ehtimalı da narahat edir. Nəşrin yazdığına görə, hər iki siyasətçi pensiya yaşını aşağı salmağı və bu məqsədlə milyardlarla avro vəsait xərcləməyi vəd edir.
"Bıçaq boğazımıza dirənib, artıq axan qanın damcılarını hiss edirik. Etirazçıların narazılığını eşitdiyimizi göstərməliyik. Amma bazardakı vəziyyəti nəzərə alsaq, manevr imkanlarımız məhduddur”, - Fransa hökumətinin üzvlərindən biri anonimlik şərti ilə nəşrə bildirib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 Oktyabr 2026 05:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















