Icma.az
close
up
RU
“İqtisadiyyat elə lobya kimidir, onu zorla dartıb uzatmaq olmur...”

“İqtisadiyyat elə lobya kimidir, onu zorla dartıb uzatmaq olmur...”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rayonda anam lobya əkərdi. Lobya torpaqdan boy atanda dayaq olmadan təkbaşına hündürlüyə qalxa bilmirdi. Buna görə də atam, ya da mən onun yanında insan biləyi qalınlığında, 3–4 metr uzunluğunda ağac basdırardıq. Lobya da həmin dayağa sarılıb böyüyərdi. Məqsəd bitkinin inkişafına dəstək vermək idi. Lakin onun böyüməsi üçün tutub zorla dartanda, o qırılırdı. Dayaq basdırmayanda isə yüksələ bilməyib inkişafı zəifləyir və torpaqda çürüyürdü”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.  

“Bəzən küləkdə hansısa dayaq yıxılanda onu yenidən bərkidirdik ki, bitki yolunu davam etdirə bilsin. Bəzən də kənarda olan ağacların budaqları lobyaların üstünə uzanıb ora kölgə salanda, onların böyüməsinə mane olurdu. Buna görə də lobyaya mane olan budağı kəsirdik. Nəticədə bütün lobyalar öz dirəyi ilə inkişaf edirdi. Heç bir agaca imkan vermirdik ki, lobyaya kölgə salsın. Ən əsası lobyanı zorla yönləndirilməyə çalışmırdıq. Onları sərbəst buraxmışdıq. Bütün lobyalar üçün yaradılmış bərabər imkanlar şəraitində onlar günəş uğrunda öz gücünə rəqabət aparır, daha sağlam böyüyür və payızda bizə bol məhsul verirdilər. Metafora bir az qəribə görünsə də, amma iqtisadiyyat elə bu lobya kimidir. Onu zorla dartıb uzatmaq olmur. Buna cəhd edəndə o qırılır. Hamısı üçün bərabər imkanlar yaradılmayanda birinin kölgəsi digərini günəşsiz qoyub məhv edir. Ya da onların üzərinə əyilən kənar ağacların  budaqlarını vaxtında kəsməyəndə budaqlar onu böyüməyə qoymur. Onlara nə qədər su və gübrə verilsə də heç nəyin faydası olmur”, - deyə iqtisadçı bildirib. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Dekabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri