Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Sosialyönümlü iqtisadiyyat strategiyası

Sosialyönümlü iqtisadiyyat strategiyası

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən aqrar müşavirənin siyasi mahiyyəti

Prezidentin verdiyi mesajlar göstərdi ki, Azərbaycan hakimiyyəti yaxın mərhələdə iqtisadi siyasətin mərkəzinə “insan amili”ni yerləşdirən yeni sosial inkişaf modelini daha açıq şəkildə formalaşdırmağa başlayır. Belə bir model regional balans, sosial sabitlik, milli təhlükəsizlik, urbanizasiya böhranı və insan kapitalının qorunması kimi çoxşaxəli strateji hədəfləri özündə birləşdirir. Qlobal siyasi sistem sürətlə dəyişir və bu dəyişikliklər fonunda insan kapitalı, sosial dayanıqlılıq, regionların yaşaya bilmə qabiliyyəti və daxili sosial harmoniya əsas geosiyasi amillər sırasına yüksəlir. Prezident İlham Əliyevin çıxışında məhz bu yeni beynəlxalq reallığın siyasi izləri aydın görünürdü.

Dövlət başçısının kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan hakimiyyətinin siyasi idarəetmə modeli uzunmüddətli strateji planlaşdırmaya əsaslanır. Çıxışda 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramlarının xüsusi vurğulanması əslində, dövlətin inkişaf siyasətinin ardıcıllığını nümayiş etdirən siyasi mesaj idi. Prezident göstərməyə çalışırdı ki, Azərbaycanın region siyasəti mərhələli şəkildə qurulmuş dövlət strategiyasıdır və bu strategiyanın mərkəzində insan amili dayanır. İlham Əliyevin idarəetmə modelində diqqət çəkən əsas məqamlardan biri də iqtisadi inkişafla sosial legitimliyi paralel şəkildə möhkəmləndirmək bacarığıdır. Çünki müasir dövrdə siyasi legitimlik yalnız seçki institutları və ya formal idarəetmə mexanizmləri ilə müəyyən olunmur. Dövlətin sosial sabitliyi qorumaq, regionlararası fərqləri azaltmaq və vətəndaşın gündəlik həyat keyfiyyətini yüksəltmək imkanları da hakimiyyətin dayanıqlılığını müəyyən edən əsas amillərdən birinə çevrilib. Prezidentin çıxışında regionların inkişafına xüsusi diqqət ayrılması da məhz bu siyasi məntiqdən qaynaqlanır.

Postmünaqişə mərhələsinə daxil olan Azərbaycan üçün regionlarla mərkəz arasında sosial və iqtisadi fərqlərin minimuma endirilməsi artıq milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Çünki sosial disbalans uzunmüddətli perspektivdə daxili miqrasiya proseslərini sürətləndirir, urbanistik təzyiqləri artırır və nəticədə sosial narazılıq riskini yüksəldir. Prezident İlham Əliyevin “şəhərlərdən kəndlərə qayıdış” ideyasını ön plana çıxarması bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır.

Əslində, bu yanaşma klassik aqrar siyasətdən daha geniş məna kəsb edir. Burada hədəf regionların sosial yaşama qabiliyyətini qorumaq, insanları öz doğma yaşayış məkanlarında saxlamaq və ölkə daxilində balanslı demoqrafik struktur yaratmaqdır. Prezidentin kəndlə bağlı ritorikasında “torpağa bağlılıq”, “dədə-baba torpaqları”, “ənənəvi fəaliyyət” kimi anlayışların ön plana çıxması da göstərir ki, hakimiyyət kənd məsələsinə həm də sosial-mədəni identikliyin daşıyıcısı kimi baxır.

Azərbaycan hakimiyyəti kəndi milli identikliyin, sosial sabitliyin və demoqrafik davamlılığın əsas dayaqlarından biri kimi təqdim edir. Xüsusilə postmüharibə dövründə bu yanaşmanın əhəmiyyəti daha da artır. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası da məhz insan faktoruna əsaslanır – torpağa qayıdan insan, məskunlaşan ailə və yenidən formalaşan sosial həyat. Məhz bu baxımdan Prezidentin kənd təsərrüfatı ilə bağlı müşavirəsi, əslində, daha geniş “məskunlaşma və sosial dayanıqlılıq strategiyası”nın tərkib hissəsi kimi görünür.

Prezident İlham Əliyevin siyasi xarizmasının əsas xüsusiyyətlərindən biri dəyişiklikləri idarə olunan transformasiya modeli ilə həyata keçirməsidir. Çıxışda 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının davamlılığı, həm özəl sektorun məsuliyyəti, həm də xarici investorların prosesə cəlbi paralel şəkildə vurğulandı. Deməli, hakimiyyət yaxın illərdə sosial siyasəti dövlət–biznes–cəmiyyət tərəfdaşlığı üzərində qurmağa çalışacaq.

Geosiyasi gərginliklər, ərzaq təhlükəsizliyi problemi, enerji transformasiyası və logistika böhranları dövlətləri daxili dayanıqlılığa daha çox diqqət ayırmağa məcbur edir. Azərbaycan hakimiyyətinin insan amilinə əsaslanan sosial siyasəti məhz bu beynəlxalq çağırışların fonunda formalaşır.

Son illər Azərbaycanda müşahidə olunan proseslər göstərir ki, hakimiyyət tədricən klassik infrastruktur dövlətindən sosial keyfiyyət dövlətinə keçid etməyə çalışır. Əvvəlki mərhələdə əsas prioritet yol, qaz, elektrik və kommunikasiya infrastrukturu idisə, yeni mərhələdə əsas diqqət insanın həyat keyfiyyətinə yönəlir. Prezidentin məktəblər, xəstəxanalar və xidmət sektoru ilə bağlı vurğuları bu baxımdan əhəmiyyətlidir. Çünki müasir dövrdə regionların inkişafı insanın yaşamaq istədiyi sosial mühitin formalaşdırılması ilə ölçülür. Bütün bu amillər Azərbaycan hakimiyyətinin yaxın gələcəkdə sosial siyasətdə üç əsas istiqamətə üstünlük verəcəyini təsdiq edir: regionlarda həyat keyfiyyətinin yüksəldilməsi, insan kapitalına investisiyanın artırılması və sosial balans və demoqrafik dayanıqlılığın qorunması.

Azərbaycanın postmünaqişə mərhələsinə daxil olması ölkənin siyasi idarəetmə fəlsəfəsində də yeni prioritetlərin formalaşmasına səbəb olur. Hazırkı mərhələdə hakimiyyət tədricən sosial legitimliyin yeni modelini qurmağa çalışır. Həmin modelin əsas ideoloji xətti “güclü dövlət – sosial rifah – insan kapitalı” balansı üzərində formalaşır. Prezident İlham Əliyevin son çıxışlarında insan amili, regionların inkişafı, məşğulluq, kəndlərin dirçəldilməsi və həyat keyfiyyəti məsələlərinin daha intensiv vurğulanması məhz bu transformasiyanın siyasi əlaməti kimi qiymətləndirilə bilər.

Müharibədən sonrakı dövrdə istənilən siyasi hakimiyyət üçün əsas məsələ qələbə psixologiyasını davamlı sosial sabitliyə çevirməkdir. Çünki hərbi uğur siyasi legitimliyi gücləndirsə də, uzunmüddətli dövrdə cəmiyyətin hakimiyyətə münasibətini müəyyən edən əsas faktor gündəlik sosial rifah, iqtisadi imkanlar və həyat keyfiyyətidir. Azərbaycan cəmiyyətində artıq gözləntilərin xarakteri dəyişir.

Müasir siyasi idarəetmədə dövlətin gücü vətəndaşa təqdim etdiyi sosial imkanlarla, insan kapitalına yatırdığı investisiya və regionlararası balansı qorumaq qabiliyyəti ilə ölçülür. Prezident İlham Əliyevin çıxışlarında tez-tez müşahidə olunan “insanı mərkəzə qoyan inkişaf modeli” ritorikası yeni idarəetmə fəlsəfəsinin göstəricisidir.

Xüsusilə regionların inkişafına verilən diqqət yaxın illərdə hakimiyyətin sosial siyasətində əsas istiqamətlərdən biri olacaq. Çünki urbanizasiya prosesinin sürətlənməsi siyasi və sosial risk faktorudur. Böyük şəhərlərdə əhalinin həddindən artıq cəmləşməsi sosial infrastruktur üzərində təzyiq yaradır, mənzil problemini dərinləşdirir, sosial təbəqələşməni artırır və nəticədə sosial narazılıq potensialını genişləndirir. Digər mühüm məsələ insan kapitalı anlayışının dövlət strategiyasında mərkəzi yer tutmağa başlamasıdır. Texnologiya, təhsil, peşə hazırlığı və sosial adaptasiya imkanları dövlətlərin strateji güc göstəricilərinə çevrilir. Azərbaycan hakimiyyətinin təhsil, səhiyyə, peşə hazırlığı və sosial infrastruktur layihələrinə artan diqqəti də bu kontekstdə dəyərləndirilə bilər.

Son olaraq qeyd edək ki, İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə Azərbaycanın yaxın illərdə hansı sosial-siyasi model üzərində inkişaf edəcəyinə dair mühüm siyasi mesajların verildiyi platformaya çevrildi.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri