İradə Axundova: “Bu şəxslərdə yoluxma ehtimalı yüksək olur”
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Vərəm infeksiyon xəstəlikdir, onun törədicisi vərəm mikobakteriyası – Mycobacterium tuberculosis adlanır.
Xəstəlik hava-damcı yolu ilə, yəni xəstə insandan sağlam insana ötürülür. Lakin hər bir xəstə insan yoluxdurucu olmur, yalnız ağciyər vərəmi olan, vərəm mikobakteriyası ifraz edən, yəni xəstəliyin aktiv mərhələsində olan şəxslər yoluxdurucu sayılır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin instagram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qeyd edib.
O əlavə edib ki, vərəm mikobakteriyası ifraz edən xəstə ilə yaxın təmasda olan şəxslərdə yoluxma ehtimalı yüksək olur:
“Yoluxma isə xəstələnmək demək deyil. İnsanın orqanizmində vərəm mikobakteriyası mövcud olsa da, bu, hələ xəstəliyin inkişaf etdiyi anlamına gəlmir. Belə halda heç bir klinik əlamət, şikayət və ya narahatlıq müşahidə edilmir, insan özünü tam sağlam hiss edir. Məqsədimiz xəstəliyi erkən aşkar edib vaxtında tam şəkildə müalicə etməkdir”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















