Icma.az
close
up
RU
Uşaqlar da vərəmə yoluxa bilər, amma düzgün müalicə ilə tam sağalırlar İradə Axundova

Uşaqlar da vərəmə yoluxa bilər, amma düzgün müalicə ilə tam sağalırlar İradə Axundova

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Uşaqlar da vərəmə yoluxa bilər. Uşaqlar vərəmə yoluxan halda bu, əsasən kiçik formalarda olur, yəni tez müalicəyə tabe olan formalar müşahidə edilir. Hazırda ölkəmizdə yayılmamış vərəm forması olan uşaqlar üçün sadə, dörd aylıq müalicə sxemi mövcuddur və bu müalicə sxemi ilə uşaqlar tam şəkildə sağaldıla bilir".

Redaktor.az xəbər verir ki, bunları Səhiyyə Nazirliyinin instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova vurğuladı.

Onun sözlərinə görə, ölkəmizdə uşaqlar üçün vaksinasiya da həyata keçirilir:

"Azərbaycan vərəm üzrə yüksək epidemioloji riski olan ölkələr sırasına daxil deyil, buna görə də bizdə revaksinasiya yoxdur. Yalnız yeni doğulmuş uşaqlara doğum evlərində üç günə qədər müddətdə ilkin vurulan vaksin – BCG vaksini tətbiq olunur. Bu vaksin vərəmə qarşı yönəlib. Hər kəs bilməlidir ki, bu vaksin uşağı vərəmdən tam qorumaq gücünə malik deyil, yəni vaksin olunmuş uşaq heç vaxt vərəmlə xəstələnməyəcək demək deyil. Lakin bu vaksin uşaqlarda ən qorxulu generalizə olunmuş vərəm formalarının, xüsusilə də vərəm meningitinin yaranmasının qarşısını alır. Mütləq şəkildə uşaqlara bu vaksin vurulmalıdır. Ailədə aktiv vərəm xəstəsi olduqda uşaqlar xüsusi nəzarətdə saxlanılmalıdır. Ən diqqət tələb edən yaş dövrü sıfırdan beş yaşadək olan uşaqlardır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see186

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see158

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see129

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see125

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri