Icma.az
close
up
RU
İradə indi də ölməyib, sizi cinlər inandırır

İradə indi də ölməyib, sizi cinlər inandırır

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, E.Ağacanov anlaqsız vəziyyətdə olduğu üçün məhkəməyə ixtisaslaşdırılmış tibb müəssisəsindən gətirilib.

Prosesdə prokuror ittiham aktını elan edib. Sənəddə göstərilib ki, 22 avqust 2025-ci ildə E.Ağacanov reabilitasiya mərkəzinə aparılsa da, o, müalicədən imtina edərək sevgilisi İradə Muradova ilə evə qayıdıb, gecə saatlarında anlaqsız vəziyyətdə qadını boğaraq qətlə yetirib.

Prosesdə ittihama münasibət bildirən E.Ağacanov qəribə fikirlər səsləndirib.

Bildirib ki, İradə Muradova ilə 15 ildən artıq sevgili olub:

"İradə mənim ən çox istədiyim qadın olub. Həmişə yanımda olub. Bizi ayıran şeytanlar oldu. İradə həmin vaxt özü deyildi, məni divara çırpırdı. Onu cinlər idarə edirdi. Mən sadəcə onu qucaqlayıb saxlamaq istəyirdim. Başqa heç nə yadımda deyil. Mənim ailəm olsa da, onunla sevgili idim. O, xristian olduğu üçün evlənə bilmirdik. Dinimizə gətirmək, kəlmeyi-şəhadəti öyrətmək istəyirdim. Onun işlətdiyi telefon da şeytan əməli idi. "iPhone" telefonlarının arxası açılmır, ona görə də o cihaz "şeytan əməli"dir. Çünki o telefonların arxası açılmır. Mən onun telefonunu sındırdım ki, şeytandan uzaq olsun. Onun üçün ayətül-kürsü oxuyurdum ki, şeytanları qovum.

Həmin gün evdə ona kəlmeyi-şəhadəti öyrədirdim. Bu zaman telefonuma zəng gəldi. İradə cavab verməyimi istədi, mən isə bunun şeytan əməli olduğunu deyərək imtina etdim. Aramızda mübahisə yarandı və telefonu vurub sındırdım. Hadisədən bir neçə gün əvvəl bir xanımla tanış olmuşdum, ola bilsin zəng edən də o idi. Daha sonra İradəyə namaz qılmağı təklif etdim. Kəlmeyi-şəhadəti dedi, lakin sonra yenidən mübahisə başladı. Onu hamama qüsul almağa apardım. Hamamda ayağı sürüşüb yıxıldı, onu tuta bilmədim və başı yerə dəydi. Onu hamamdan çıxardım, üstünə möhür qoyub qucaqladım. Daha sonra məni divara vurmağa başladı. Bundan sonrasını xatırlamıram. Sonradan mənə dedilər ki, İradə komaya düşüb və xəstəxanaya aparılıb.

İradə indi də ölməyib. Sizi cinlər inandırır ki, o ölüb. Onun daxilində cin-şeytan var idi. Qohumlar deyirdi ki, onu buraxım, amma razı olmadım. Bilirdim ki, onu öldürüb məni həbs edəcəklər, anamı zəhərləyib var-dövlətimi ələ keçirəcəklər".

E.Ağacanov etiraf edib ki, 2010-cu ildən narkotik qəbul etməyə başlayıb:

"Həmin gün narkotik qəbul etmək istədim, İradə gizlətdi, vermədi. Özüm tapıb çəkdim".

E.Ağacanov bildirib ki, İradə Muradova ilə Maldiv adalarına istirahətə gedib: "Qayıdandan sonra İradənin anası üçün ev almışdım".

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Rəna Muradova bildirib ki, E.Ağacanov yalan danışır:

"Bacımla Emil tanış olanda mən də onların yanında olmuşam. Biz bilmirdik ki, Emil ikinci dəfə evlənib. Bacım həmişə anamla olub, başqa evdə qalmayıb. Hadisə gecəsi İradə anama zəng edərək işdə olduğunu və gec gələcəyini söylədi. Ölümündən yarım saat əvvəl İradə normal şəkildə evdən həyətə düşüb. Amma öləndə onun əynində paltar olmayıb, qatil də çılpaq olub. Mənə dedilər ki, Emil bacımın başına güldanla vurub, onu boğub və sifəti tanınmaz vəziyyətdə idi. Bacımı morqda görəndə tanımadım, hətta dırnaqlarına qədər sınmışdı.

Həmin gecə İradəni Emilin evinə onun bacısı göndərib. Bacısı İradəyə deyib ki, Emil telefonları götürmür, get yanına, gör nə olub. Emil narkotik qəbul edib, bacımı öldürüb. Bacısıgil bilirdilər ki, Emil narkotik çəkib, ona görə də yanına İradəni göndərmişdilər. Mən Emili heç vaxt anlaqsız vəziyyətdə görməmişəm və onun dəli olduğuna inanmıram. Həmin gün bir neçə dəfə narkotik istifadə edib. İndi burada nağıl danışır, "cin-şeytan var" deyir. İnanmayın, o özünü dəliliyə vurur".

Proses yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib. Bakı şəhər sakini İradə Muradovanın meyiti iş adam Emil Ağacanovun evində tapılıb. Qadının boğularaq qətlə yetirilməsi müəyyən edilib.

Həmçinin xatırladaq ki, E.Ağacanov "Chermington Transportation Services", "AZRENT", "Caspi Style" şirkətlərinin və İtaliya brendi "YAMAMAY" mağazasının sahibidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Yanvar 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri