Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

“İradə sağdır, cinlər aləmində saxlanılır” Biznesmen anlaqsızdır, yoxsa rola girib?

“İradə sağdır, cinlər aləmində saxlanılır” Biznesmen anlaqsızdır, yoxsa rola girib?

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanovun məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, ekspert rəyi ilə anlaqsız hesab edilən Ağcanov saxlanıldığı psixiatriya xəstəxanasından polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Prokurorluğun göndərdiyi qərarda yazılıb ki, Emil Ağcanov və İradə Muradovanın faciə ilə bitən sonuncu görüşü ötən ilin avqustunda Emilin anasının evində baş tutub. Həmin gün Emil spirtli içki və narkotik maddənin təsiri altında İradəni yerə yıxıb, dini ayinlər etdirərək ayətül-kürsi duası oxutdura-oxutdura xüsusi amansızlıqla boğaraq həyatdan məhrum edib. Daha sonra o, cəsədi hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər ona sarılmış vəziyyətdə dini musiqilər dinləyib.

Emil ertəsi gün saxlanılsa da, psixiatrik ekspertiza onun cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması barədə rəy verib. Bu əsasla o, istintaq təcridxanasından psixiatriya xəstəxanasına köçürülüb.

Qərar oxunduqdan sonra təqsirləndirilən şəxsə söz verilib. Hakim Səbinə Məmmədzadə ona ifadə verməmək hüququnu da xatırladıb, lakin danışacağı halda obyektiv araşdırmaya kömək olacağını bildirib.

Müttəhim sərbəst ifadə verməyə hazır olduğunu deyərək ayağa qalxıb. Emil İradə ilə münasibətlərini, hadisələrin harada və nə vaxt baş verdiyini dəqiq xatırlayıb. Bununla belə ifadəsində cinayətlə bağlı reallıqdan uzaq, mifik xarakterli fikirlər səsləndirib: “Həmin gün cinlər onun ruhunu ələ keçirmişdi. Nə qədər dualar oxusam da, xilas edə bilmədim. Həmin varlıqlar ona elə güc vermişdilər ki, mənim kimi idmançı adamı üç dəfə divara çırpdı. Sona qədər ona ayətül-kürsi və digər duaları oxutdurmuşam. İradəni hamıdan çox istəyirdim, illərlə birgə yaşamışıq. Sadəcə xristian olduğu üçün evlənə bilməmişdik. Mən onu necə öldürə bilərəm? Düzdür, həmin vaxt hamama girəndə sürüşüb yıxıldı, amma ölmədi. İndi sağdır, cinlər aləmində saxlanılır”.

Anlaqsız kimi mühakimə olunan biznesmen ifadəsinin davamında deyib ki, İradəni görünməz varlıqlardan qorumaq üçün qucağında saxlayıb. Hətta onlardan qorunmaq üçün şeytanın əşyası olduğunu hesab etdiyi “İphone” markalı telefonunu da sındırıb: “İradəni cin-şeytandan qorumaq üçün onu qucaqlayıb üzərinə möhür qoydum. Sonra da həmin varlıqları qovmaq üçün səhərə qədər ayətül-kürsi oxudum. Həmin gündən əvvəl də mən ona kəlmeyi-şəhadət öyrədirdim. Hətta dua oxuyan vaxt mənə zəng gəldiyi üçün “İphone”u da qırmışdım. “İphone” da şeytan əşyasıdır. Niyə arxası açılmır? Çünki şeytan əməlidir. Elə buna görə telefonu yerə çırpıb qırdım. Amma narahat olmayın, İradə indi yaxşıdır”.

Təqsirləndirilən şəxs hakim, prokuror və vəkillərin suallarına da eyniməzmunlu mifik cavablar verib. Əlavə kimi sadəcə İradə ilə daha əvvəlki mehriban münasibətlərindən, Maldiv adalarındakı birgə istirahətlərindən danışıb.

Həkim rəyi Emilin cinayəti törədərkən öz hərəkətlərini dərk etmədiyini göstərsə də, mərhumun yaxınları bununla razılaşmır, onun məsuliyyətdən yayınmaq üçün rol oynadığını düşünürlər. Emilin ilkin istintaq müddətinə hər dəfə ayrı cür ifadə verməsi isə zərərçəkmiş tərəfdə şübhələri daha da artırıb. Mərhumun hüquqi varisi kimi tanınmış bacısı Rəna Muradova ifadəsində Emilin psixi xəstə olmadığını deyib. Hüquqi varis Emilin onun bacısını narkotikin təsiri altında qəsdən öldürdüyünü təkrar-təkrar dilə gətirərək hakimlərdən ədalət istəyib.

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin anlaqsız olması ilə bağlı qərara şübhə ilə yanaşdığından məhkəmənin hüququ var ki, təkrar tibbi ekspertiza təyin etsin. Bu zərurətin olub-olmadığına isə məhkəmə qərar verəcək.

Proses boyu diqqətçəkən başqa bir məqam isə Emilin anasının mərhumun yaxınlarına aqressiv münasibət sərgiləməsi olub. Hətta o, prosesə icazəsiz müdaxilə edərək mərhumun uzun illər oğlunun imkanlarından istifadə etdiyini deyib. Hakim yerindən danışdığı üçün anaya xəbərdarlıq edib.

Məhkəmə yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “YAMAMAY” mağazasının sahibidir. Emil bu hadisəyə qədər daim bahalı həyat tərzi ilə diqqət çəkib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri