İrakli Kobaxidze: Aİ səfiri, danışıqların başlanması sənədini masaya qoyun, bu gün imzalayacağam
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Aİ-nin səfirinə xatırlatmaq istəyirəm: danışıqların başlanması sənədini masaya qoyun, bu gün onu imzalayacağam”.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında deyib
Baş nazirin sözlərinə görə, Gürcüstan hökumətinin Avropa inteqrasiyası prosesini dayandırdığı barədə yalan məlumatlar yayılır.
“İlk bəyanatımızda və bu günə qədərki bütün açıqlamalarımızda vurğulamışıq və hələ də bəyan edirik ki, Avropa inteqrasiyası prosesini dayandırmırıq, əksinə Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına üzv olmasını təmin etmək üçün səylərimizi daha da artırırıq. Bu fonda, Avropa İttifaqının səfirinin radikal müxalifət və onun QHT-ləri və ya kütləvi informasiya vasitələri tərəfindən aparılan dezinformasiya kampaniyasına cəlb edilməsi utancverici və narahatedicidir. Təbii ki, belə hadisələr həmçinin Gürcüstan cəmiyyətinin Avropa bürokratiyasına olan inamını ciddi şəkildə zəiflədir. Mən Aİ-nin səfirinə bir daha xatırlatmaq istəyirəm: danışıqların başlanması sənədini masaya qoyun, mən bu gün onu imzalayacağam. Şantaj yerinə - bu, bizim mövqeyimizdir və Avropa strukturlarından da eyni dəyərli yanaşmanı gözləyirik, çünki bu, Gürcüstan cəmiyyətinin tələbidir’, - Baş nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 01 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















