İrakli Kobaxidze: “Gürcü Arzusu” dördüncü dəfə ölkədə inqilabın qarşısını aldı AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisi, 17 dekabr, AZƏRTAC
Bu gün radikal müxalifət xarici havadarlarının da köməyinə baxmayaraq 800-dən çox adamı etiraz aksiyasına çıxara bilmədi, bunu bacarmazlar da. Bununla da italyanlıların dediyi kimi, “komediya bitdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası radikal müxalifətin ölkədə dördüncü dəfə inqilab cəhdinin qarşısını aldı.
“Hər şey bitdi, radikal müxalifətin zorakılıq resursu sıfıra endirilib. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını almışıq. Dörd siyasi partiya və 10-dan çox varlı QHT-nin gücü ən çoxu 800 nəfərdir və onlar bundan artıq toplaya bilməzlər. Bitdi! “Finita la commedia” italyanların dediyi kimi”, – deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 17 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















