İrakli Kobaxidze: Gürcü xalqına qarşı münasibət dəyişərsə, Gürcüstan AŞPA ya qayıdacaq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisi, 30 yanvar, AZƏRTAC
Bu gün gördüyümüz belə bir vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) işləməyin mənası yoxdur. Bizim qərarımız tamamilə alternativsiz qərardır.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edib.
Baş nazirin sözlərinə görə, gürcü xalqına münasibət dəyişərsə, Gürcüstan Avropa Şurası Parlament Assambleyasına qayıdacaq.
“Xanım Tea Tsulukianinin nümayəndə heyəti adından, komandamız adından elan etdiyi qərar çox mühüm idi. Təbii ki, belə bir vəziyyətdə bizim nümayəndə heyətimiz öz işini Avropa Şurası Parlament Assambleyasında davam etdirmək niyyətində deyil və AŞPA-dakı işini dayandırır. Əgər gürcü xalqına, ölkəmizə münasibət dəyişərsə, o halda, təbii ki, biz Avropa Şurası Parlament Assambleyasına qayıdacağıq”, - deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 30 Yanvar 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















