İrakli Kobaxidze: AŞPA nın qəbul etdiyi qətnamənin gürcü cəmiyyətinin gözündə heç bir dəyəri yoxdur
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstanla bağlı qəbul etdiyi qətnamənin gürcü cəmiyyətinin gözündə heç bir dəyəri yoxdur və obyektiv qiymətləndirməyə əsaslanmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze AŞPA-nın qətnaməsinə münasibət bildirərkən söyləyib.
“Əlbəttə, bu tipli qətnamə heç kəsi təəccübləndirmir, lakin Gürcüstan cəmiyyətinin nəzərində bu qətnamələrin heç bir dəyəri yoxdur. Əgər qətnamə obyektiv qiymətləndirmələrə əsaslanmazsa, onun Gürcüstan cəmiyyəti üçün heç bir dəyəri olmayacaq”, – deyə Kobaxidze vurğulayıb.
O, həmçinin AŞPA-nın fəaliyyətini faciəli adlandırıb və qeyd edib ki, Gürcüstan Assambleyasının sessiyalarında iştirakdan imtina etməklə onun işinə münasibətini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Oktyabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















