İrakli Kobaxidze: Gürcüstan üçün ən vacib məsələ Ukraynada sülhün bərqərar olmasıdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 19 avqust, AZƏRTAC
Ümid edirəm ki, bu danışıqlar son nəticədə Ukraynada və regionumuzda sülhün bərqərar olması ilə yekunlaşacaq. Biz həmişə sülhün tərəfində olmuşuq və sonda təsdiq olundu ki, bizim mövqeyimizin alternativi yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-da aparılan Ukrayna-Rusiya münasibətlərinə dair danışıqları şərh edərkən söyləyib.
Onun sözlərinə görə, Gürcüstan üçün ən vacib məsələ Ukraynada sülhün bərqərar olmasıdır. Çünki, ilk növbədə, bu ağır müharibədə insan itkisinin qarşısını almaq lazımdır.
“Ukrayna bizim dost ölkədir. Ümid edirəm ki, bu danışıqlar, nəhayət, Ukraynada və müvafiq olaraq regionumuzda sülhün bərqərar edilməsi ilə başa çatacaq. Bütün bu illər ərzində biz sülhün tərəfində olmuşuq və bu siyasətimiz dəyişməyib”, - deyə Kobaxidze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















