İrakli Kobaxidze: Gürcüstan Aİ nin şantajlarına boyun əyməyəcək
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Avropa İttifaqı (Aİ) Gürcüstan vətəndaşlarını vizasız rejimi ləğv etməklə şantaj etsə də, Tbilisi öz yolundan dönməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Sadələşdirilmiş viza rejimi məsələsinə gəlincə, Gürcüstan xalqı dolayı yolla - yerli agentlər vasitəsilə vizasız rejimin ləğvi ilə hədələnirsə, bu, bir tərəfdən Avropa bürokratiyasının, digər tərəfdən isə yerli agentlərin düşdüyü çətin vəziyyətdən xəbər verir. Çətin vəziyyətdədirlər. Onlar insanlara təzyiq göstərməklə və təhdid etməklə heç nəyə nail ola bilməyəcəklər. Çünki Gürcüstan cəmiyyəti hazırda ətrafımızda baş verən proseslərdən yaxşı xəbərdardır. Buna görə də şantaj işə yaramayacaq”, - Baş nazir vurğulayıb.
Gürcüstan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, vizasız rejim və əlaqəli məsələlər üzrə Brüssel-Tbilisi danışıqları iyunun 11-də keçiriləcək. Bu, ikitərəfli münasibətlərin gərginləşməsindən bir neçə ildən sonra ilk belə görüş olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 09 İyun 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















