İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Orta Dəhliz üzrə yük dövriyyəsi 2020-ci ildən bəri yeddi dəfə artıb ki, bu da yeni infrastruktur tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Open Air” verilişində bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti bu istiqamətdə fəal işləyir.
“Bunlar Anakliya limanının inkişafı, Poti limanının potensial genişləndirilməsi, aviasiya infrastrukturu, sürətli avtomobil yolları və dəmir yolunun modernləşdirilməsidir”, - deyə hökumət başçısı bildirib.
TRIPP marşrutunu rəqib hesab etmədiklərini vurğulayan Kobaxodze deyib: “Orta Dəhlizdə yük dövriyyəsi o qədər artıb ki, şaxələndirməyə ehtiyac var. TRIPP marşrutu və ya hər hansı digər marşrutun Gürcüstandan keçən ənənəvi marşrutlar üçün ciddi problem yaradacağını düşünmürük”.
O qeyd edib ki, plana əsasən 2031-ci ilədək bütün magistral və sürətli avtomobil yolları tikilməlidir. Dəmir yolunun modernləşdirilməsi isə həm qatarların sürətini, həm də yük dövriyyəsini artıracaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 03 Oktyabr 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















