Icma.az
close
up
RU
TRIPP layihəsi Orta Dəhlizə yeni nəfəs gətirəcək

TRIPP layihəsi Orta Dəhlizə yeni nəfəs gətirəcək

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zəngəzur yolu ilə 2040-cı ilədək 865 min TEU yük daşınacaq

Avrasiyanın ən mühüm nəqliyyat bağlantılarından biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) maraq hər keçən gün artır. Bunun əsas səbəbi odur ki, bu marşrut digər tranzit yolları ilə müqayisədə daha qısa və daha təhlükəsizdir. Xüsusilə Rusiya–Ukrayna müharibəsi və İran ətrafında yaranan gərginliklər fonunda Orta Dəhliz qlobal güclərin də diqqət mərkəzindədir.

Məhz bu geosiyasi reallıq Orta Dəhlizin əhəmiyyətini daha da artırdığı kimi, Azərbaycanın regional logistika xəritəsində rolunu da ön plana çıxarır. Belə ki, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi qlobal təchizat zəncirləri baxımından, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, ötən il Orta Dəhliz üzrə yükdaşımalar 11 faiz, Şimal–Cənub dəhlizi üzrə isə yük həcmi 12 faiz artıb.

Bu artımın arxasında dayanan əsas amillərdən biri isə ölkədə aparılan iri infrastruktur modernləşdirmə layihələridir. Məsələn, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsindən sonra xəttin illik daşıma qabiliyyəti 5 milyon tona çatdırılıb. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükötürmə gücünün 25 milyon tona qədər artırılması hədəflənir.

Nəticə etibarilə, logistika imkanlarının genişlənməsi artıq konkret göstəricilərdə də öz əksini tapır. Belə ki, 2025-ci ildə Bakı Limanında konteyner daşımalarının həcmi illik müqayisədə 40 faiz artaraq 107 min TEU həddini keçib. Paralel olaraq, mütəxəssislər Zəngəzur dəhlizinin (TRIPP) 2040-cı ilədək 865 min TEU-yadək yük axını yaratmaq potensialına malik olduğunu bildirirlər. Bu dəhliz eyni zamanda Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsinin formalaşmasına imkan verə bilər.

Göründüyü kimi, Orta Dəhlizin mövqelərini gücləndirən əsas amillərdən biri də məhz Zəngəzur dəhlizinin (TRIPP) gələcəkdə istifadəyə verilməsi perspektividir. Bu kontekstdə Aİ tərəfindən maliyyələşdirilən meta-tədqiqatda qeyd olunur ki, Aİ-nin Qara dəniz regionuna strateji yanaşmasına görə bu region və ona qonşu ölkələr Avropanı Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən əsas nəqliyyat qapısı kimi qiymətləndirilir.

Digər tərəfdən, həmin tədqiqatda vurğulanır ki, Aİ üçün Türkiyə, Şərq Tərəfdaşlığı ölkələri, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin inkişafı xammal və malların daha sürətli, etibarlı tədarükünü təmin edə və Avrasiya üzrə yeni bazarlara çıxışı genişləndirə bilər. Bu baxımdan Şimal Dəhlizinin etibarlılığının azalması və Cənub marşrutunun daha ləng inkişafı fonunda Transxəzər nəqliyyat dəhlizi Avropa ilə Asiya arasında daha dayanıqlı, şaxələndirilmiş və geosiyasi baxımdan təhlükəsiz alternativ kimi ön plana çıxır. Bundan əlavə, regionda yük axınının artması və 8 avqust tarixli Ermənistan–Azərbaycan razılaşması Transxəzər dəhlizinin perspektivlərini daha da gücləndirir.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamə imzalayıblar. Sözügedən sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi nəzərdə tutulur.

Məhz bu səbəbdən, Orta Dəhlizin ən mühüm seqmentlərindən biri kimi Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Dəhliz şübhəsiz ki, ilk növbədə regionun inkişafına mühüm töhfə verəcək. Bu layihə bölgədə yeni əməkdaşlıq formatlarının formalaşmasına, eyni zamanda sülhün və davamlı tərəqqinin möhkəmlənməsinə xidmət edəcək.

Eyni zamanda, dəhliz boyunca inşa ediləcək dəmir yolu və avtomobil yolu infrastrukturu Azərbaycanın ərazisində Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarına birbaşa inteqrasiya olunacaq. Azərbaycanın Xəzər dənizində yaratdığı ən böyük limanın imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə inşa edilən üç beynəlxalq hava limanı nəzərə alındıqda, belə nəticəyə gəlmək mümkündür ki, Zəngəzur dəhlizi beynəlxalq daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək.

Beləliklə, bu proses Azərbaycanın gələcəkdə etibarlı tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək və ölkəyə daha böyük həcmdə tranzit gəlirləri qazandıracaq. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması məsələsində region ölkələrinin maraqları ilə Qərbin strateji yanaşması bir çox məqamda üst-üstə düşür.

Yeri gəlmişkən, hazırda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxil edilməsi məsələsi də gündəmin əsas mövzularından biridir. Bu istiqamətdə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılır. Belə ki, ötən ay Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupman ilə görüş keçirib. Görüş zamanı Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanması müzakirə edilib.

Bununla yanaşı, süni intellekt və kibertəhlükəsizlik sahələrində insan resurslarının gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın Aİ-nin “Horizon Europe” proqramı çərçivəsində layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Eyni zamanda, görüşdə Orta Dəhlizin potensialının artırılması və rəqəmsallaşdırılması, eləcə də aviasiya, dəniz nəqliyyatı, süni intellekt və kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq imkanları da müzakirə olunub.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see313

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see308

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see224

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see221

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see216

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see216

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see216

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see209

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see198

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see195

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see189

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see189

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see177

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see176

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri