İran 40 ildir siyasi əlaqələri olmayan Misirdə səfirlik açmağa ümid edir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
İran yaxın gələcəkdə Misir ilə diplomatik əlaqələri bərpa etmək ümidindədir.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə İran prezidentinin siyasi məsləhətçisi Mehdi Sənayi bəyan edib.
O, İranın dövlət başçısı Məsud Pezeşkianın D8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qahirəyə səfərini şərh edib.
Sənayi iki ölkə arasında 40 ildən çoxdur ki, siyasi əlaqələrin olmadığını, ancaq ötən ildən etibarən münasibətlərin yaxşılaşdığını qeyd edib.
"Hər iki ölkənin münasibətləri bərpa etmək üçün lazımi iradəsi var və biz görülən tədbirlər sayəsində yaxın gələcəkdə səfirliklərin açılması səviyyəsinə çatacağımıza ümid edirik", - deyə bildirib.
Qeyd edək ki, bu, İran prezidentinin Misirə 2013-cü ildən bəri ilk səfəridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Dekabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















