Icma.az
close
up
RU
İran ABŞ gərginliyi müharibəyə gətirib çıxaracaqmı?

İran ABŞ gərginliyi müharibəyə gətirib çıxaracaqmı?

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran-ABŞ gərginliyi müharibəyə gətirib çıxaracaqmı?

Son günlər İran və ABŞ arasında davam edən gərginlik özünün ən yüksək mərhələsinə gətirib çıxarıb. Buna səbəb ABŞ prezidenti Tramp administrasiyasının İranın nüvə silahı əldə etməməsi və bununla bağlı danışıqlara başlanılmasını tələb etməsidir. İş o yerə gəlib çatıb ki, İranın dini lideri Xamenei ordunun döyüşə hazırlıq səviyyəsinə çatdırılması barədə göstəriş verib. İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsi yalnız üçüncü tərəflərin vasitəçiliyi ilə dialoqa hazırdır.

Buna paralel olaraq İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Naderi bəyan edib ki, iki ölkə arasında müharibənin qarşısının alınmasının yalnız bir yolu var: İranın nüvə silahı əldə etməsi. Onun fikrincə İranın nüvə silahı əldə etməsi çəkindirici rol oynayaraq regional və qlobal sabitliyə töhfə verən amil olacaq.

"İran nüvə silahı əldə edərsə, bu, çəkindirici rol oynayacaq və potensial müharibələrin qarşısını alacaq", - deyə Naderi bildirib.

Əslində Naderi bununla ABŞ-ə bildirib ki, İran nüvə silahı əldə etmə niyyətindən əl çəkməyəcək. Bu isə ABŞ və onun müttəfiqi İsrail üçün qəbul edilə bilməz. Belə ki, İranın nüvə silahı əldə etməsi faktiki olaraq Səudiyyə Ərəbistanı və Türkiyənin nüvə silahı əldə etməsinə gətirib çıxaracaq. Bəs İranla ABŞ arasında müharibə baş tuta bilərmi?

Məsələyə münasibət bildirən politoloq Rasim Musabəyov deyib ki, ABŞ-ın İranla müharibəyə başlaması bir o qədər inandırıcı görünmür. Onun sözlərinə görə, İran kifayət qədər gücə malikdir və bunu Vaşinqtonda da yaxşı anlayırlar. Politoloq ABŞ və onun müttəfiqi İsrailin İranın yalnız strateji obyektlərinə zərbələr endirə biləcəyini deyi: "Bu yolla İranın nüvə obyektlərini isə məhv etmək ABŞ-a nəsib olmayacaq. Belə ki İranın nüvə obyektləri dağın altında yerləşdirilib və onu ən dağıdıcı bombalarla məhv etmək mümkün deyil".

Musabəyov istənilən halda ABŞ-la İran arasındə gərginliyiin davam edəcəyini və bunun qarşılıqlı zərbələrdən oyana getməyəcəyi qənaətindədir.

Politoloq Qabil Hüseynli də ABŞ-İran gərginliyinin müharibəyə səbəb ola biləcəyinə inanmır. O belə hesab edir ki, iki ölkə arasında qarşıdurma ABŞ və İsralin İranın strateji obyektlərinə zərbələr endirməsindən o yana getməyəcək. Bununla belə politoloq İranla ABŞ arasında gərginliyin yaxın zamanlarda aradan qaldırılmayacağı qənaətindədir.

Beləliklə İran və ABŞ arasında gərginlik davam edir və bunun müharibəyə çevrilməsi ilk növbədə beynəlxalq aləmdə baş verən hadisələrdən asılı olacaq.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 07 Aprel 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri