Icma.az
close
up
RU
“Qara qırmızı” koalisiya Almaniyanı “işığa” çıxaracaqmı?

“Qara qırmızı” koalisiya Almaniyanı “işığa” çıxaracaqmı?

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mertz ən böyük rəqibi Merkelin kölgəsindən çıxmaq istəyir

Mayın 6-da Bundestaqda ikinci cəhdlə də olsa, nəhayət, Xristian Demokratlar Partiyasının lideri Fridrix Mertz Almaniyanın yeni kansleri seçildi. Seçkilərdən bir neçə saat sonra kansler kimi and içən Mertzin komandası iki siyasi qüvvədən - Xristian Demokrat bloku və Sosial Demokrat Partiyasının nümayəndələrindən formalaşıb. Amma ilk günlərdəncə müşahidə olunan odur ki, koalisiyanın işi “düz” getmir. Başqa sözlə, tərəfdaşlar arasında birlik yoxdur. Birinci cəhd səsvermədə lazımi səslərin toplanmaması da bunu təsdiqləyir...

Radikal meyllər niyə və necə artır...

Bir sıra siyasi ekspertlər bu qənaətdədir ki, Almaniya çox qısa zamanda siyasi böhranla üz-üzə qalacaq. Hazırda “müttəfiqlər” üçün ən mühüm siyasi təhdid son seçkilərdə sürpriz şəkildə 21 faiz səs toplayan və reytinqlərində yüksəlişini davam etdirən ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasıdır. AfD-nin populyarlığının artması isə ölkədəki təhlükəsizlik mühitinə də təsir göstərir:

- 2024-cü ilin dekabrında Maqdeburqda Yeni il yarmarkasına edilən avtomobil hücumu - ;

- 2025-ci il martın 3-də saat 12 radələrində Baden-Vürtemberq ştatının Mannheim şəhərinin mərkəzində yarmarkaya gələn izdihama avtomobil hücumu  - Yerli hakimiyyət orqanlarının məlumatına görə, iki nəfər, “Bild”in məlumatına görə 25 nəfər ölüb;

- Zolingen və Aşaffenburqda bıçaqlı hücumlar;

- hələ də davam edən iqtisadi geriləmə...

Belə bir şəraitdə “qaralar” və “qırmızlar”ın kifayət qədər kövrək koalisiyası daxilində istənilən münaqişə Mertz hökuməti üçün problem yarada və Almaniya yeni seçkilərə gedə bilər.

Koalisiya uğrunda şərtlər...

Xristian Demokrat İttifaqı (CDU), Xristian Sosial Birlik (CSU) və sol mərkəzçi Almaniya Sosial Demokrat Partiyası (SPD) tərəfindən imzalanan 140 səhifəlik koalisiya sazişinin detalları bağlı qapılar arxasında müzakirə edildiyi üçün geniş auditoriyaya çıxarılmır. Amma bir məsələ artıq bəllidir ki, fevral seçkilərində 16 faiz səs qazanan SPD-nin dəstəyi iqtidar partiyasına hökumət qurmağa bəs edib. Beləliklə, Almaniya Angela Merkel və sözdə “qara-qırmızı” koalisiya dövrünə qayıtdı.

Alman standartlarına uyğun olaraq koalisiya yaradılsa da, deyildiyi kimi mühafizəkarlar və sosial demokratlar arasında daxili siyasətin ən fundamental məsələlərində kifayət qədər fikir ayrılığı var. Məsələn, tərəflər vergilərlə bağlı razılığa gələ bilmirlər. Mertz sosialistlərin miras və sərvət vergilərinin artırılması təklifinə cavab olaraq, “Vergiləri artırmaq niyyətli heç bir koalisiya olmayacaq” deyib. Nəticədə tərəflər vergiləri tədricən nizamlayacaqlar. Büdcə xərcləri də azaldılacaq, könüllü hərbi xidmətin tətbiqi barədə də razılıq əldə olunub. Bunun qarşılığında isə SPD əvvəlki hökumətin bəzi təşəbbüslərini müdafiə edə bildi: sürətləndirilmiş vətəndaşlıq hələ də əldə edilə bilər - fərq odur ki, bu, üç ildən sonra deyil, beş ildən sonra baş verir. Bəzi yüngül narkotik vasitələrin qismən leqallaşdırılması və universal səyahət bileti (Deutschlandticket) qüvvədə qalacaq- baxmayaraq ki, qiymətlər artacaq.

Seçki kampaniyası zamanı Mertz miqrasiya siyasətini sərtləşdirməkdə qərarlı idi: o, sərhədləri bağlayacağını və ukraynalı qaçqınlara müavinətlərin (Bürgergeld) ödənilməsini dayandıracağını vəd etmişdi. Bu məsələdə sosial demokratlar “təslim olmaq” məcburiyyətində qalıb - qarşılığında isə SPD eyni anda yeddi nazir portfelini alıb. Hətta bir nüans da var: Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi kimi strateji nazir portfelləri də Sosial Demokratlara təhvil verilir - onların bu qədər nazirlə təmsilçiliyi SDP-nin ölkədə üçüncü deyil, ikinci partiya olduğu sonuncu Merkel hökuməti dövründə (2017-2021) baş vermişdi. Bu isə həm də partiyanın hazırkı həmsədri Lars Klinqbaylla bağlıdır. O bildirir ki, partiyası sadəcə Mertzin gündəmini izləmək istəmir, öz prioritetlərini də təyin etməyə çalışır.

Yeni kabinetdə kimlər var?

Siyasi ekspertlər Almaniyanın “dirçəliş” dövrünə qədəm qoymaq üçün mübarizə apardığını bildirirlər. Almanların Avropa kontingnentində sonuncu “qüdrətli” dövrü Merkellə bitib. Bu adı xatırlatmaqda məqsədimiz var - maraqlıdır ki, Mertz kabinetin yekun tərkibində əsas meyar kimi sədaqəti qiymətləndirdiyini ortaya qoyub. Bu siyahıda Mertzin partiya daxilindəki əbədi rəqibi Angela Merkelə yaxın olan insanlar demək olar ki, yoxdur. Yeni nazirləri ya kanslerin özü, ya da Bavariya Xristian Sosial Birliyinin (CSU) rəhbəri Markus Şöder idarə edəcək.

Əsas simalara gəldikdə isə, xarici işlər naziri Şimali Almaniyadan olan Yohan Vadefuldur - Ukraynanın sadiq tərəfdarı... Əvvəlki “qırmızı-qara” koalisiyalardan fərqli olaraq bu dəfə adıçəkilən post Sosial Demokratlara verilmədi.

Rəqəmsallaşma Nazirliyinə rəhbərlik edəcək Karster Vilderberq Almaniyanın əsas elektronika mağazaları olan MediaMarkt və Saturn-un daxil olduğu “Ceconomy” konserninin top meneceri və baş direktorudur. O, həmçinin İT sənayesinə yaxındır.

Xristian Sosial İttifaqından olan bavariyalılar da kabinetdə yer alır - daxili işlər naziri sərt miqrasiya siyasətinin tərəfdarı, xüsusən də işsiz ukraynalı qaçqınların deportasiyasını təklif edən Aleksandr Dobrindtdir.

Brandenburqdan olan Katerina Reyçi iqtisadiyyat naziri olacaq. Reyçi Şərqi Almaniyadan olan mühafizəkar protestantdır. SPD lideri Lars Klinqbayl maliyyə naziri və vitse-kansler oldu - müdafiə naziri postunu isə, əvvəlki hökumətdə olduğu kimi, hazırda Almaniyanın ən populyar siyasətçisi sayılan Boris Pistorius tutacaq.

İnam azdır...

Seçkilərdən sonra kabinetin ilk “işi” “Bundesveri”n gücünü artırmaq üçün 500 milyard avroluq rekord kredit götürülməsi oldu. Pistorius bu fondu idarə edəcək və gələcək illər üçün ölkənin müdafiə siyasətini müəyyənləşdirəcək.

İqtisadi Əməkdaşlıq Nazirliyinə 1990-cı illərdə valideynləri İraqdan miqrasiya etmiş 35 yaşlı Reem Alabali-Radovan rəhbərlik edəcək. Nazir Şolts hökumətində inteqrasiya üzrə komissar idi. Alabali-Radovan hökumətin ən gənc üzvüdür, cəmi 35 yaşı var, lakin o, artıq tənqid hədəfinə çevrilib.

Bu komandanın Merkel dövrünə qayıdışı reallaşdırmasına inam azdır. Mertz tərəfindən yığılmış komanda həqiqətən də olduqca qeyri-bərabər və potensial ziddiyyətlərlə dolu görünür - baxmayaraq ki, yeni hökumət Olaf Şoltsun rəhbərlik etdiyi əvvəlki kabinetdən fərqli olaraq üç deyil, iki siyasi qüvvədən ibarətdir. Üstəlik, həm CDU/CSU, həm də SPD siyasi mərkəzə meyl edən partiyalardır. Amma kansler seçkiləri göstərdi ki, Mertz “zərbəni” harada gözlədiyini bilmir - müttəfiqlərindən, yoxsa öz partiya yoldaşlarından.

3 dövrün müqayisəsi...

Siyasi oturuşmalarla yanaşı, iqtisadi parametrlərdə də uyğunsuzluqlar mövcuddur. Məsələyə müqayisəli prizmadan baxaq:

- Angela Merkel öncəsi dövrdə (1998-2005) Ümumdaxili Məhsul (ÜDM) 2 trilyon avro ətrafında idi. İqtisadi artım zəif, işsizlik yüksək idi (10 faizə yaxın). Almaniya qlobal iqtisadiyyatda yerini qoruyurdu - Merkel dövründə isə (2005-2021) bu rəqəm əhəmiyyətli dərəcədə artdı. 2019-cu ildə ÜDM 3,4 trilyon avroya çatdı. İqtisadiyyat gücləndi, işsizlik azaldı (3-5 faiz). Merkel 2008 böhranı və COVID-19 kimi çətinlikləri nisbətən sabitliklə idarə etdi. Merkel sonrası dövrdə (2021-ci ildən sonra), yəni Şolts dövründə inflyasiya və enerji böhranı səbəbindən ÜDM artımı yavaşıdı. 2022-23-cü illərdə iqtisadi durğunluq əlamətləri müşahidə edildi.

Eyni fikirləri ölkənin Aİ daxilindəki nüfuzuna da şamil etmək olar. Belə ki:

- Merkel öncəsi Almaniya Aİ-nin əsas iqtisadi gücü idi - lakin Fransa ilə birlikdə liderlik paylaşılırdı. Merkel dövründə bu məsələdə “təkhakimiyyətlik” formalaşdı. Merkel Aİ-nin faktiki lideri kimi çıxış etdi. Yunanıstan böhranı, miqrasiya böhranı və COVID pandemiyası zamanı Merkelin qərarları Aİ-nin fəaliyyət istiqamətini müəyyənləşdirdi. Merkel sonrası dövrdə, yəni son 4 ildə isə Almaniyanın Aİ-dəki liderliyi daha zəif hiss olunur. Fransa və İtaliya müəyyən təşəbbüslərlə önə çıxmaq istəyir və beləliklə də Almaniyanın sabit lider rolu zəifləyir.

Ölkə daxilindəki iqtisadi mühit də “açıq deformasiya” ya uğramış kimi görünür:

- Merkel öncəsi işsizlik yüksək, iqtisadi islahatlar gecikmişdi. Almaniya Avrozonada “xəstə adam” ləqəbi ilə xarakterizə edilirdi. Merkel dövründə sərt fiskal siyasət yürüdüldü, “Schwarze Null” (sıfır borc) siyasəti ilə maliyyə intizamı qorundu. Almaniya Avropanın iqtisadi lokomotivinə çevrildi. Merkel sonrası dövrdə isə enerji qiymətləri artıb, Rusiya ilə ticarət əlaqələrinin zəifləməsi və inflyasiya səbəbindən iqtisadi sabitlik sarsılıb. “Made in Germany” brendi təzyiqlərlə üzləşir.

Almaniya üçün ən əsas göstəricilərdən biri də miqrasiya və demoqrafiyadır:

- Merkel öncəsi miqrasiya siyasəti sərt idi, əsasən əmək bazarına lazım olan miqrantlar qəbul edilirdi. Əhali yaşlanır, lakin bu hələ kəskin problem kimi qəbul edilmirdi. Merkel dövründə  - 2015-ci ildə miqrasiya böhranı baş verdi və ölkəyə 1 milyondan çox qaçqın qəbul edildi. Bu isə cəmiyyətin bir hissəsinin barışmayaraq radikal sağa meyl etməsi ilə nəticələndi - AfD-nin yüksəlişi o illərə təsadüfi edir. Şolts hökuməti də miqrasiya axınlarını tənzimləməyə çalışırdı, lakin miqrantların cəmiyyətə inteqrasiyası hələ də əsas problem kimi qalmaqdadır.

Bu sıraya təhlükəsizlik və müdafiə sahəsini də əlavə etsək:

- Merkel öncəsi Almaniya əsasən passiv və qeyri-intervensiv müdafiə siyasəti yürüdürdü. NATO-nun əsas üzvü olsa da, hərbi xərclər aşağı idi. Merkel dövründə də müdafiə xərcləri NATO-nun tələb etdiyi 2 faiz həddinə çatmırdı - bu, xüsusilə ABŞ tərəfindən kəskin tənqid olunurdu. Merkel sonrasında isə Rusiya-Ukrayna müharibəsi fonunda Almaniya 100 milyard avro həcmində yeni müdafiə fondu yaratdı. Hərbi sənayenin yenilənməsi və müdafiə siyasətində daha aktiv mövqe qəbul edildi - bu, Merkel dövründən əsas fərq idi.

Mertzdən gözləntilər...

Beləliklə, aydın olur ki, Almaniya Merkel dönəmində qazandığı beynəlxalq nüfuzu, siyasi sabitliyi və iqtisadi gücü ilə Avropanın lokomotivi rolunu oynamışdı. İndi isə yeni hökumətin qarşısında duran əsas vəzifə ötən 4 il ərzində müəyyən ştrixlərlə zəifləyən “bu irsi” çağdaş qlobal çağırışlara uyğun şəkildə yenidən inşa etməkdir. Bu kimi proqramlar isə daxili sabitliyin bərpası, enerji və miqrasiya böhranlarına cavablar, eyni zamanda Aİ daxilində liderlik missiyasını davam etdirmək, Almaniyanın beynəlxalq mövqeyini bərpa etmək baxımından həlledici olacaq. Qərarlılıq, islahat əzmi və strateji baxış olarsa, Almaniya bir daha Merkel dönəmindəki qüdrətinə və nüfuzuna qayıda bilər. Bu isə təkcə Almaniya üçün deyil, bütövlükdə Avropa üçün də sabitlik və inkişaf demək olacaq...

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sevilya” evdə 3 xala sevindi 8 oyundan sonra

14 May 2025 01:32see184

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı 37 heyvan tələf oldu

13 May 2025 19:20see163

Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir

14 May 2025 02:03see157

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb YENİLƏNİB 2

13 May 2025 18:08see145

Pakistan və Hindistan RAZILIĞA GƏLDİ Trampın zəngindən sonra… KONKRET

13 May 2025 18:27see145

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

14 May 2025 03:50see141

Hüseyn Həsənov axtarışa verildi

14 May 2025 19:38see141

Kamran taksi sürücülərindən şikayətləndi Video

13 May 2025 21:28see141

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

14 May 2025 01:01see139

iOS və iPadOS versiyalarında ciddi təhlükəsizlik boşluqları

14 May 2025 03:32see135

Uzun ömr istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun

13 May 2025 23:10see132

Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə

13 May 2025 18:48see130

Qadın 13 yaşlı oğlunun dostu ilə ərinə xəyanət etdi

13 May 2025 21:05see128

Azərbaycanlı referi beynəlxalq federasiyaya üzv seçildi

14 May 2025 00:09see127

Ulduz hücumçu Beşiktaş dan gedir?

13 May 2025 20:27see124

Dinamika artdı: Şara Səudiyyəyə getdi

13 May 2025 23:18see123

Merts: Ukrayna ilə bağlı əlavə kompromislər yolverilməzdir

14 May 2025 00:53see122

Çin maşınları Mercedes Benz i çökdürür

13 May 2025 21:01see122

Alonso Real a keçsə... müdafiəçidən kluba təzyiq

14 May 2025 00:27see119

Braziliyalı futbolçunun yolu haradı?

15 May 2025 00:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri