Icma.az
close
up
RU
İran ABŞ ilə anlaşmaq üzrədir Tehranın nüvə sənayesi detallı yoxlanılacaq

İran ABŞ ilə anlaşmaq üzrədir Tehranın nüvə sənayesi detallı yoxlanılacaq

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff aprelin 14-də deyib ki, İranla əldə ediləcək istənilən diplomatik razılaşma bu ölkənin uranın zənginləşdirilməsi və silah proqramlarının yoxlanılması ilə bağlı detallara əsaslanacaq.

Uitkoff "Fox News"a müsahibəsində bildirib: "Bu razılaşma, əsasən, uranın zənginləşdirilməsi proqramının, daha sonra isə silahlanma fəaliyyətinin yoxlanmasına yönələcək. Bu, raketləri, onların ehtiyatda saxladığı raketlərin növlərini və həmçinin bombanın işə düşmə mexanizmini də əhatə edir".

Tehran və Vaşinqton keçən həftəsonu Omanda İranın nüvə proqramı ilə bağlı danışıqlar aparıblar. Hər iki tərəf danışıqların "müsbət" və "konstruktiv" olduğunu bəyan edib.

Aprelin 14-də İranın Xarici İşlər Nazirliyi bildirib ki, Tehran və Vaşinqton arasında danışıqların ikinci raundu aprelin 19-da Omanda keçiriləcək.

İranın dövlət xəbər agentliyi IRNA Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayiyə istinadən bildirib ki, danışıqlara Məşqətin ev sahibliyinə davam etməsi qərara alınıb. İran XİN sözçüsünün bu şərhi danışıqların Romada keçiriləcəyini bildirən İtaliya xarici işlər naziri Antonio Tayaninin bəyanatı ilə ziddiyyət təşkil edir.

Aprelin 14-də Tehran, həmçinin bildirib ki, danışıqların növbəti mərhələsindən əvvəl xarici işlər naziri Abbas Əraqçi Moskvaya səfər edəcək.

Aprelin 13-də isə İran tərəfi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Qrossinin aprelin 16-da İrana səfər edəcəyini təsdiqləyib.

Müzakirələrin ilk raundu bitdikdən sonra Uitkoff və Əraqçi arasında baş tutan birbaşa qısa müddətli görüş iki ölkə arasında əlaqələrin irəliləməsi ilə bağlı müəyyən nikbinlik yaradıb.

ABŞ Prezidenti Donald Tramp deyib ki, o, İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə əmin olmaq istəyir. İran isə nüvə proqramının dinc xarakter daşıdığını israr edir və ölkə iqtisadiyyatına zərbə vuran sanksiyaların aradan qaldırılması üçün razılaşma əldə etmək istəyir.

Tramp bildirib ki, razılaşma olmadıqda İsrailin potensial iştirakı ilə İranın nüvə obyektlərinə hərbi zərbələr endiriləcək. Hesablamalara görə, İran bir həftədən az müddətdə bir bomba, bir ay ərzində isə bir neçə bomba üçün kifayət qədər uranı zənginləşdirə bilər.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas İranın nüvə proqramı ilə bağlı xatırladıb ki, BMT sanksiyalarının Tehrana yenidən tətbiqi üçün son tarix oktyabr ayıdır, ona görə də həmin tarix yaxınlaşdığı üçün bu məsələnin tez bir zamanda həllinə ehtiyac var. Avropa dövlətləri İrana xəbərdarlıq ediblər ki, əgər ABŞ ilə yeni bir razılaşma əldə olunmasa, 2015-ci il nüvə sazişində nəzərdə tutulan "snapback" mexanizmini – BMT sanksiyalarının avtomatik şəkildə bərpasını işə salacaqlar.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri