Icma.az
close
up
RU
ABŞ ilə İran barışırlar? Tehranın nüvə proqramı dilemması

ABŞ ilə İran barışırlar? Tehranın nüvə proqramı dilemması

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İran və ABŞ nümayəndələri arasında danışıqların beşinci raundu başa çatandan sonra irəliləyiş əldə olunub, lakin proses İranın nüvə proqramı ilə bağlı problemin yekun həllinə gətirib çıxarmayıb. Bunun fonunda isə Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqini dayandırıb. Bəs bu proses ABŞ-İran münasibətlərinə, eləcə də Yaxın Şərqdəki mövcud böhranın həllinə necə təsir edəcək?

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Oxu.Az-a açıqlamasında bildirib ki, ABŞ-İran münasibətlərində buzların əriməsi - xüsusən də sanksiyaların müvəqqəti dayandırılması və Omanın vasitəçiliyi ilə aparılan dialoqlar - Yaxın Şərqdə geosiyasi proseslərə dərin və çoxşaxəli təsir göstərə bilər:

"Bu addım yalnız iki ölkə arasında deyil, bütövlükdə regionda sabitliyin və əməkdaşlığın formalaşmasında yeni imkanlar açır, əsasən də iqtisadi və nəqliyyat sahəsində. Eyni zamanda, nüvə razılaşmasının bərpası perspektivləri güclənərsə, bu, Yaxın Şərqdə silahlanma yarışının qarşısını almağa kömək edə bilər. Lakin proses sonadək gedəcəkmi, bu, hələ açıq olaraq qalmaqdadır".

"Şübhəsiz ki, ABŞ-İran münasibətlərinin yumşalması Yaxın Şərqdə müxtəlif güc mərkəzləri arasında qarşılıqlı razılaşma və koordinasiyanın artmasına yol aça bilər. Ən azından, Yəmən, İraq və Suriya kimi münaqişə bölgələrində İranın təsir imkanlarının məhdudlaşdırılması və diplomatik həll yollarının təşviq edilməsi mümkündür", - deyə ekspert vurğulayıb.

Müsahibimiz əlavə edib ki, son iki ildə İran təsiri altında olan bölgələrdə kifayət qədər zəifləyib:

"ABŞ-İran dialoqu, "Avraam razılaşmaları" (Ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plan) çərçivəsində ərəb ölkələrinin İsraillə münasibətlərinə də təsir edə bilər. İrandan gələn "ekzistensial təhlükə" ritorikasının yumşalması, Körfəz ölkələrinin öz siyasətlərini daha balanslı qurmasına imkan verəcək. Lakin Təl-Əvivin İranla bağlı güzəştlərə qarşı kəskin reaksiyası regional sabitliyi yenidən poza bilər. Nəzərə almaq lazımdır ki, İran daxilində sərt mövqeli qüvvələr mövcuddur və onlar ABŞ ilə aparılan danışıqlarda güzəşt edilməsinə qarşı ciddi mövqe sərgiləyirlər. ABŞ ilə İran arasında yaxın zamanda yeni nüvə sazişinin imzalanması mümkün görünsə də, bu prosesin tezliklə və rəsmən yekunlaşacağı hələ qəti deyil".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyun 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri