Icma.az
close
up
RU
İran ABŞ ın Ermənistana gəlməsindən narahat deyil XİN

İran ABŞ ın Ermənistana gəlməsindən narahat deyil XİN

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran ABŞ-ın sərhəd nəzarəti üzrə mütəxəssislər qrupunun Ermənistana planlaşdırılan işgüzar səfəri ilə bağlı narahatlıq ifadə etməyib.

Axar.az xəbər verir ki, bu haqda Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

Onun sözlərinə görə, bu məsələ İran tərəfi ilə digər əhəmiyyətli mövzular kimi müzakirə edilib:

“Lakin konkret olaraq bu məsələ heç bir ölkə üçün həssas məqamlarla əlaqəli olmayıb, yalnız sərhəd xidmətlərinin fəaliyyəti ilə bağlıdır. Ermənistan 30 il ərzində bu sərhəd sahəsini müstəqil şəkildə mühafizə etməyib və indi bunu həyata keçirmək üçün digər ölkələrin ən yaxşı təcrübələrindən yararlanmalıdır.

Xarici işlər nazirinin müavini Vaan Kostanyan bir neçə gün əvvəl Tehranda səfərdə olub. İranlı həmkarlarımız tərəfindən hər hansı narahatlıq hiss etdinizmi? Əksinə, əməkdaşlığın yüksək səviyyədə olduğu bir daha təsdiqləndi. İranla fikir ayrılığı yaşadığımız heç bir məsələ yoxdur. Münasibətlərimiz misli görünməmiş yüksək səviyyədədir və bunu qarşılıqlı səfərlər və bəyanatlardan aydın görmək olar”.

Nazir müavini onu da qeyd edib ki, bu əməkdaşlıq nəticəsində rus sərhədçilərin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədini mühafizə etməməsi mümkün ola bilər:

“Biz nəhayət sərhədlərimizi müstəqil şəkildə mühafizə etməliyik. İdeal halda hər bir ölkə öz sərhədlərini nəzarətdə saxlamaq iqtidarında olmalıdır. ABŞ-ın işgüzar qrupu isə bizə bu imkanları artırmaq və təcrübə mübadiləsi aparmaq baxımından dəstək olacaq”.

Rusiyanın reaksiyası ilə bağlı suala cavab olaraq, Hovannisyan bildirib ki, nazir Ararat Mirzoyanın Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirilən görüşdə bütün məsələlər ətraflı müzakirə edilib.

O, əlavə edib ki, iki ölkə nazirlərinin keçirdiyi brifinqə əsasən bütün məsələlər sağlam işgüzar mühitdə müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri