Icma.az
close
up
RU
ABŞ ın Azərbaycan və Ermənistana planı...

ABŞ ın Azərbaycan və Ermənistana planı...

Icma.az bildirir, Axar.az portalına istinadən.

Cənubi Qafqazda həll olunmamış əsas problem nəzəri olaraq Asiyanı Avropa ilə birləşdirməli olan nəqliyyat kommunikasiyalarının taleyi olaraq qalır. Gürcüstandan başqa, bu marşrutların bəziləri də Ermənistan ərazisindən keçərək Türkiyəni Azərbaycanla, daha sonra isə Ankaranın xüsusi marağı olan Mərkəzi Asiya ilə birləşdirə bilər.

Axar.az xəbər verir ki, bu barədə Karnegi Fondu məlumat yayıb.

“Ermənistan üçün bu layihədə iştirak son dərəcə vacibdir. Onun Türkiyə və Azərbaycanla sərhədləri 1990-cı illərdə birinci Qarabağ müharibəsi başlayandan bəri bağlı qalıb. Bu, faktiki olaraq ölkəni regiondakı bütün böyük nəqliyyat və enerji layihələrinin kənarında qoydu. İrəvan ilk növbədə sərhədlərini açmaqla təcrid vəziyyətindən qismən də olsa çıxmağa çalışır. Artıq bir neçə ildir ki, İrəvan “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) təşəbbüsünü irəli sürür, tarixən Ermənistan ərazisindən keçmiş bütün nəqliyyat marşrutlarının bərpasını və istifadəsini təklif edir. Bakı təkid edir ki, Azərbaycanı onun Ermənistanın cənubunda yerləşən anklavı Naxçıvanla birləşdirəcək cənub yolunun açılmasından başlamaq lazımdır. Bu layihə Bakının təşəbbüsü ilə İkinci Qarabağ müharibəsinin başa çatmasına dair üçtərəfli bəyanata daxil edilib. Moskvanın vasitəçiliyi ilə imzalanan sözügedən sənəd marşrutun gələcəkdə idarə edilməsində Rusiyanın iştirakını nəzərdə tuturdu. Amma İrəvan bu gün belə bir sxemə etiraz edir və təkid edir ki, gömrük rüsumlarından, pasport nəzarətindən tutmuş təhlükəsizlik məsələlərinə qədər bütün aspektlərə özü nəzarət edəcək. Bakı isə cavab verir ki, məsələn, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, taleyi sual altında ola biləcək nəqliyyat layihəsinə investisiya qoymağa hazır deyil. Ona görə də Azərbaycan marşrutun stabil işləməsinə cavabdeh olmaq üçün kənar zaminin cəlb olunmasını tələb edir. Görünən odur ki, bu mövqe ilə Türkiyə tərəfi razıdır, baxmayaraq ki, İrəvan hələ də Ankaranı Ermənistanın marşruta tam nəzarət etmək hüququnu tanımağa inandırmağa ümid edir. Tərəflərin uzlaşmaya yaxınlaşması avropalı vasitəçilərin səyləri sayəsində oldu. Bir neçə il əvvəl AB Rusiya və Gürcüstanın 2008-ci il müharibəsindən sonra qoyduğu presedentə əsaslanan variant təklif etdi: nəqliyyat marşrutlarının idarə edilməsinin müstəqil xarici şirkətə verilməsi. O zaman müzakirə Abxaziya və Cənubi Osetiya vasitəsilə yük daşınması ilə bağlı idi, burada nəzarəti İsveçrə operatoru həyata keçirməli idi və o, məlumatları müntəzəm olaraq bütün maraqlı tərəflərlə bölüşməyə borclu idi. Vəziyyətdəki əhəmiyyətli fərqlərə baxmayaraq, bu mexanizm Ermənistan və Azərbaycana da təklif edilib. Lakin müzakirələrdə heç bir irəliləyiş olmayıb. AB-nin səyləri əvvəlcə Ermənistan-Azərbaycan sərhədində gərginliyin yeni raundu, sonra isə 2023-cü ildə Qarabağda gərginliyin artması ilə iflasa uğradı.

ABŞ bu gün danışıqları canlandıra bilər. İki xarici diplomat bildirib ki, dünyada münaqişələrin həlli kursunu müəyyən edən Tramp administrasiyası artıq Ermənistan və Azərbaycana öz planını irəli sürüb. Ümumiyyətlə, o, AB-nin təkliflərini təkrarlayır, lakin Amerika məntiqinə əsaslanır: Amerika biznesinin birbaşa iştirakı ilə sazişin sabitliyinə zəmanət vermək, məsələn, Ukraynada nadir metallar üzrə sazişdə olduğu kimi. Bununla belə, Vaşinqtona prosesin getməsi üçün çox səy göstərməli olacaq. Burada iki mümkün variant var. Birincisi, sülh sazişi imzalamaq üçün Azərbaycanı Ermənistan konstitusiyasında irəli sürdüyü tələblərdən imtina etməyə inandırmaqdır. Buna, məsələn, Əliyevi Ağ Evə dəvət etməklə nail olmaq olar. İkinci, daha real variant isə marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina edərək, İrəvana Amerika modeli ilə razılaşmaq üçün təzyiq göstərməkdir. Çox güman ki, bu, həm də o demək olacaq ki, Ermənistan sülh sazişinin tez bir zamanda imzalanmasına, deməli, bütün sərhədlərin açılmasına və uzun illər təcrid vəziyyətinə son qoyulmasına ümidlərini itirməli olacaq. Baxmayaraq ki, müzakirələr hələ ilkin mərhələdədir və detallar dəyişə bilər, bir ABŞ rəsmisi burda uğur qazanacaqlarına əmin olduğunu bildirib”, - məlumatda deyilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri