İran ABŞ ın tələbini rədd etdi Nə baş verir?
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran nüvə proqramı ilə bağlı ABŞ-ın irəli sürdüyü yeni təklifləri qəbul etməyib. Məlumata görə, rəsmi Tehran uranın tam və müddətsiz zənginləşdirilməsinin dayandırılması, nüvə obyektlərinin sökülməsi və mövcud uran ehtiyatlarının təhvil verilməsi variantına rədd cavabı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, İran tərəfi cavab olaraq ABŞ-a uranın zənginləşdirilməsinin yalnız məhdud müddət üçün müvəqqəti dondurulmasını nəzərdə tutan alternativ təklif təqdim edib. Mənbənin sözlərinə görə, bu yanaşma rəsmi Tehran tərəfindən kompromis addım kimi qiymətləndirilir.
Eyni zamanda, ABŞ administrasiyası daha sərt mövqedə qalmaqda davam edir. The Wall Street Journal qəzetinin yazdığına görə, ABŞ İranın nüvə proqramı üzrə müddətsiz razılaşma imzalamasını tələb edir. Vaşinqtonun əsas şərtləri sırasında üç əsas nüvə obyektinin sökülməsi də yer alır.
Söhbət Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə komplekslərindən gedir. ABŞ tərəfi həmçinin zənginləşdirilmiş uranın Amerika ərazisinə təhvil verilməsini tələb edir. Bu mövqe rəsmi Vaşinqton tərəfindən nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədi ilə əsaslandırılır.
Hazırda mövqelər arasındakı ciddi fikir ayrılığı razılaşmanın yaxın zamanda əldə olunmasını çətinləşdirir.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 26 Fevral 2026 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















