Icma.az
close
up
RU
Məhkəmə deputatın şikayətçini cəzalandırmaq tələbini rədd etdi Nə baş verir?

Məhkəmə deputatın şikayətçini cəzalandırmaq tələbini rədd etdi Nə baş verir?

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şirvan Apellyasiya Məhkəməsində parlamentdə İmişli rayonunu təmsil edən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin bu rayonun sakini Nadir Şirinovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, , hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Mia.az xatırladır ki, N.Şirinov bir sıra dövlət qurumlarına, media orqanlarının redaksiyalarına ünvanladığı məktublarda Laçın rayonundakı tikintidə çalışsa da, pullarını tam ala bilmədiyindən şikayətlənib.

O bildirib ki, işlədiyi  şirkət deputat Razi Nurullayevlə yaxınlarına məxsusdur: "Deputat Razi Nurullayevin qardaşları - Hacı Hasil, Hüseyn və həyat yoldaşı Könül xanım orada bizimlə danışıq apardılar. Biz gedəndə orada başqa heç bir şirkət yox idi. İşə başlayan vaxt heç normal texnika da yox idi, çox əziyyət çəkdik. Texnikanın edə biləcəyi hər işi əllərimizlə görürdük".

Milli Cəbhə Partiyasının adından İmişli rayon Məhkəməsində N.Şirinova qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb və onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələriylə cəzalandırılması tələb olunub. Məhkəmə iddiasında vurğulanıb ki, şikayətçinin R.Nurullayev haqqında dedikləri böhtandır: "İstisna olunmur ki, yalan olduğunu bilə-bilə, belə məlumatlar yaymaqla partiyanın və Razi Nurullayevin şəxsi nüfuzuna xələl gətirməyə cəhd göstərməsi sifarişlidir. Seçildiyi İmişli rayonda deputat fəaliyyətinə kölgə salmaq niyyəti daşıyır. Ona görə də Nadir Şirinovun əməllərinə hüquqi qiymət verilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır".

N.Şirinovsa deyir ki, Milli Cəbhə Partiyası haqqında heç vaxt heç bir məlumat yaymayıb. O, partiyanın sədrinə müraciət edərək öz haqqını istədiyini söyləyir.

Məhz bu səbəbdən, yəni, məhkəmə iddianın Milli Cəbhə Partiyası adından qaldırıldığını və N.Şirinovun partiyaya qarşı heç bir ittiham səsləndirmədiyini əsas gətirməklə onu icraata götürməyib. 

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Sentyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri