İran ABŞ ni anlaşma memorandumunun pozulmasının ağır nəticələri barədə xəbərdar edib
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İran Yaxın Şərqdə müharibənin dayandırılmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumunun mümkün pozulmasının nəticələri barədə ABŞ-yə xəbərdarlıq edib.
Moderator.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Tehran Vaşinqtonun əldə olunmuş razılaşmaların pozulması kimi qiymətləndiriləcək istənilən addımını cavabsız qoymayacaq: "Biz heç bir addımı cavabsız qoymayacağıq. İranın hədəflərinə qarşı hər hansı təcavüz aktı dərhal və qətiyyətli cavabla qarşılanacaq".
İ.Bəqai vurğulayıb ki, bu cür addımlar qarşılıqlı anlaşma memorandumunun birinci maddəsinin pozulması kimi qiymətləndiriləcək: "Əgər bu cür pozuntular təkrarlanar və davam edərsə, bu prosesin sonrakı inkişafı çətinliklərlə üzləşəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 30 İyun 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















