İran ABŞ ni yeni hücumlara cavab veriləcəyi barədə xəbərdar edib
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İslam Respublikasına qarşı yeni hücumlar həyata keçirəcəyi təqdirdə, Tehranın cavab tədbirləri görəcəyini bildirib.
Sherg.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkədəki paylaşımında yazıb və Vaşinqtonu mümkün hərbi əməliyyatların nəticələri barədə xəbərdar edib.
Əraqçi, həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunu ABŞ-ni yeni müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib. Onun sözlərinə görə, Netanyahu siyasi problemlərindən yayınmaq üçün Vaşinqtonu belə addımlara sövq edir.
Nazirin açıqlaması Prezident Donald Trampın Tehran siyasətini dəyişməyəcəyi təqdirdə, ABŞ-nin İranla münaqişəni tezliklə başa çatdıra biləcəyi barədə xəbərdarlığından sonra səslənib. Tramp, eyni zamanda Netanyahunun yenidən baş nazir seçilməsinə dəstəyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 19 Oktyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















