İran ABŞ ni kimyəvi silahdan istifadə etməkdə ittiham etdi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran ABŞ-ni ölkə ərazisinə endirilən zərbə zamanı kimyəvi komponentlərdən istifadə etməkdə ittiham edib.
Modern.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağı Lamərddə bildirib ki, Vaşinqtonun ərazidə yeni raketin sınaqdan keçirildiyini etiraf etməsi, eləcə də təkzibedilməz sahə sübutları və sənədləşdirilmiş dəlillər ABŞ-nin irəli sürdüyü izahatları təkzib edir.
Onun sözlərinə görə, əldə olunan məlumatlar İran tərəfinin iddiasına əsasən, mülki əhaliyə qarşı törədilən hadisənin qəsdən həyata keçirildiyini göstərir.
Bağı əlavə edib ki, İran Səhiyyə Nazirliyinin apardığı ayrıca araşdırmada sözügedən silahda öldürücülüyü artırmaq məqsədilə kimyəvi komponentlərdən istifadə edildiyi müəyyənləşdirilib.
İran rəsmisi bildirib ki, hadisə ilə bağlı bütün materiallar hərbi cinayətin sənədləşdirilmiş sübutları kimi qiymətləndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 Sentyabr 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















