İsrail ABŞ a xəbərdarlıq etdi: İran kimyəvi silahdan istifadə edə bilər
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
İsrail İrandan rəqiblərinə qarşı kimyəvi silahdan istifadə edə biləcəyi ilə bağlı ABŞ-ı məlumatlandırıb. Sherg.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti amerikalı rəsmilərə istinadən yazıb.
Nəşrin məlumatına görə, İsrail kəşfiyyatı Tehranın kimyəvi silahdan istifadə imkanlarını nəzərdən keçirdiyinə dair məlumatları Vaşinqtonla bölüşüb. ABŞ rəsmilərinin bir qismi bu iddiadan narahatlıq duysa da, digərləri ona ciddi şübhə ilə yanaşıb.
İsrail tərəfi hesab edir ki, İranın kimyəvi silahdan istifadə təhlükəsi nüvə ambisiyalarından daha yaxın ola bilər. Lakin Tel-Əviv bu iddiaları təsdiqləyən hər hansı sübut təqdim etməyib.
Xatırladaq ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi daha əvvəl İsrailin ölkənin maraqlarına qarşı addımlar atacağı təqdirdə, Tehranı bir saatdan az müddətdə İsrail ərazisini yaşayış üçün yararsız vəziyyətə sala biləcəyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Noyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















