Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

“İran maksimum dərəcədə vaxt qazanmağa çalışır...”

“İran maksimum dərəcədə vaxt qazanmağa çalışır...”

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ və İran arasında danışıqlar prosesi hazırda konfidensial şəkildə davam edir. Danışıqların əsas müzakirə predmetlərindən biri İranın nüvə proqramıdır. ABŞ tərəfi İranın uranın zənginləşdirilməsini üçüncü ölkədə həyata keçirməsini və ya zənginləşdirmə səviyyəsinin 3 faizə qədər azaldılmasını, həmçinin təxminən 400 kiloqram nüvə materialının ölkədən çıxarılmasını tələb edir. Lakin İran tərəfi Vaşinqtonun bu şərtlərini qəbul etmir və hazırda yeni razılaşma sənədi üzərində iş aparılır”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, tərəflər arasında müəyyən kompromis əldə edilə bilər:

“Belə ki, İranın uranı 3 faizə qədər zənginləşdirməsinə icazə verilməsi, lakin bu materialdan yalnız elmi və mülki məqsədlər üçün istifadə olunması ilə bağlı ortaq razılaşma mümkün variantlardan biri ola bilər. Bununla yanaşı, ABŞ İran ətrafında hərbi qüvvələrini cəmləşdirməkdə davam edir. Bu, Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətinin mühüm tərkib hissəsidir. Digər tərəfdən, iqtisadi blokada və sanksiyalar vasitəsilə İranın maliyyə imkanlarının məhdudlaşdırılması istiqamətində də addımlar atılır. Nəticədə İranın iqtisadi və siyasi vəziyyəti getdikcə daha mürəkkəb xarakter alır”. 

O, deyib ki, əsas məsələ İranın kəşfiyyat sistemində baş verən dəyişikliklərdir:
“Kəşfiyyat qurumlarının birbaşa ali rəhbərin nəzarətinə verilməsi ölkə daxilində təhlükəsizlik mexanizmlərinin yenidən qurulduğunu göstərir. İran rəsmilərinə qarşı həyata keçirilən sui-qəsdlər və təhlükəsizlik boşluqları kəşfiyyat sisteminin fəaliyyətinə dair ciddi suallar yaradıb. Bu baxımdan, Tehran həm xarici müdaxilə, həm də daxili təhlükəsizlik risklərini nəzərə alaraq nəzarət mexanizmlərini gücləndirməyə çalışır.Digər tərəfdən, ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyatlar həyata keçirməsi ehtimalı da gündəmdə qalır. Düşünürəm ki, ABŞ genişmiqyaslı hərbi hücumun mümkün nəticələrini ciddi şəkildə nəzərə alır. Çünki belə bir əməliyyat regionda nəzarətdən çıxan hərbi eskalasiyaya səbəb ola bilər. İran cavab olaraq regiondakı ABŞ hərbi bazalarına və müttəfiq ölkələrin infrastrukturuna zərbələr endirə bilər. Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin potensial İran tərəfindən işğal edilməsi mümkün ola bilər.Bundan əlavə, İranın regiondakı müttəfiq qüvvələrinin, xüsusilə Yəməndəki Ənsarullah hərəkatının Bab əl-Məndəb boğazında gəmiçiliyə qarşı fəaliyyətini intensivləşdirməsi ehtimalı mövcuddur. Bu isə beynəlxalq ticarət marşrutlarına və enerji daşımalarına ciddi təsir göstərə bilər”. 

M.Əsədullazadənin fikrincə,  İran ətrafında mümkün hərbi qarşıdurma yalnız iki ölkə ilə məhdudlaşmayaraq bütün regionu əhatə edə bilər:

“Hazırda İran maksimum dərəcədə vaxt qazanmağa və danışıqlar prosesini davam etdirməyə çalışır. Lakin ABŞ prezidenti Donald Tramp da bu prosesi müəyyən nəticə ilə yekunlaşdırmaq niyyətindədir. Vaşinqtonun əsas məqsədi İranın nüvə proqramına nəzarət etmək və Tehranın regional hərbi imkanlarını məhdudlaşdırmaqdır. Hazırkı mərhələdə ABŞ üçün hərbi əməliyyatların genişləndirilməsi əvəzinə iqtisadi təzyiqlərin, blokadanın və yeni sanksiyaların davam etdirilməsi variantı da ön planda qala bilər. Bununla yanaşı, İranın müəyyən hərbi və qeyri-hərbi infrastruktur obyektlərinə, o cümlədən elektrik şəbəkələrinə, zavodlara və digər strateji obyektlərə zərbələr endirilməsi ehtimalını da istisna etmək olmaz. Lakin belə hücumların İran hakimiyyətində avtomatik olaraq rejim dəyişikliyinə gətirib çıxaracağı mümkün deyil. Qətər, Pakistan və Türkiyənin diplomatik prosesdə vasitəçilik və əlaqələndirmə səyləri xüsusi əhəmiyyət daşıyır. Bu ölkələrin iştirakı ilə tərəflər arasında ortaq məxrəcə gəlmək üçün müəyyən diplomatik təşəbbüslər həyata keçirilir.ABŞ–İran münasibətlərində hazırda iki müstəvidə proses var: bir tərəfdən diplomatik danışıqlar və mümkün razılaşma axtarışları, digər tərəfdən isə hərbi təzyiq və eskalasiya riski. Tərəflər arasında razılıq əldə olunmadığı təqdirdə, ABŞ-nin İrana qarşı məhdud hərbi zərbələr endirməsi inkişaf edəcək. Buna görə də yaxın dövrdə diplomatik prosesin hansı nəticə ilə yekunlaşacağı və tərəflərin qarşılıqlı güzəştlərə nə dərəcədə hazır olacağıdır”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Noyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri