İran ABŞ nin zərbələri nəticəsində nüvə infrastrukturuna ziyan dəydiyini etiraf etdi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran hakimiyyəti iyul ayında ABŞ-nin zərbələri nəticəsində ölkənin nüvə infrastrukturunun qismən zədələndiyini etiraf edib, lakin zərəri aradan qaldıra biləcəklərinə əmin olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Obyektlərə hərbi hücumun infrastruktura ziyan vurması və məhv etməsi olduqca normaldır", - İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.
O vurğulayıb ki, Tehran toplanmış təcrübəsi sayəsində dəymiş ziyanı aradan qaldırmaq imkanına malikdir.
Məmur ABŞ ilə İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqların əleyhinə çıxış edib.
"Onlarla danışıqlara ehtiyac yoxdur. ABŞ hökuməti İran xalqına qarşı böyük haqsızlıq edib, İslam İnqilabının əvvəlindən İrana ciddi zərbələr endirib və bu yaxınlarda ölkəmizə hərbi hücuma keçib. Düşmən düşmənçiliyini nümayiş etdirməsə də, düşmənçilik səviyyəsi yüksək olduğu müddətcə düşmən olaraq qalır", - deyə Eslami izah edib.
O, Vaşinqtonu dolayı danışıqlar həyata keçirilən zaman İrana hücum etməkdə ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















