İran ABŞ zərbələri nəticəsində ölənlərin sayını açıqladı
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
İran Səhiyyə Nazirliyi ABŞ-nin son hərbi zərbələri nəticəsində ölənlərin sayının 55-ə çatdığını açıqlayıb.
Nazirliyin sözçüsü ölkənin “Fars” xəbər agentliyinə bildirib ki, hücumlar nəticəsində yaralananların sayı 645 nəfərə yüksəlib.
Onun sözlərinə görə, ən çox zərərçəkən ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətində qeydə alınıb. Sonrakı yerlərdə isə cənubdakı Hörmüzqan, eləcə də Sistan və Bəlucistan əyalətləri qərarlaşıb. Ölənlərin böyük əksəriyyəti də məhz bu üç əyalətin payına düşür.
Yaralananlardan 586 nəfər müalicə olunduqdan sonra xəstəxanadan buraxılıb, bir qisminə isə ambulator yardım göstərilib. Hazırda səkkiz nəfər xəstəxanada müalicəsini davam etdirir və onlardan bəzilərinin əlavə cərrahi əməliyyata ehtiyacı var.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. /Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 24 İyul 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















