İran ABŞ yə neft və qaz təklif etdi Sanksiyalar ləğv olunacaq?
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran ABŞ ilə nüvə sazişi üzrə aparılan danışıqlar çərçivəsində Vaşinqtona İslam Respublikasındakı neft və qaz yataqlarına çıxış təklif edib. Tehran həmçinin Birləşmiş Ştatlardan təyyarələr almağa hazır olduğunu bildirib. Bununla İran ABŞ sanksiyalarının ləğvinə nail olmağa çalışır.
Oxu.Az xəbər verir ki, "CBS News" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, amerikalı diplomatlar ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa tövsiyə ediblər ki, İranın nüvə proqramı üzrə mümkün razılaşmaya digər məsələlər, o cümlədən İslam Respublikasına ballistik raketlərin tədarükü mövzusu daxil edilməsin.
"CBS News"un həmsöhbətlərinin iddiasına əsasən, Uitkoff həmin məsələnin region ölkələrinin iştirakı ilə ayrıca formatda müzakirə olunmasına razılıq verib.
Xatırladaq ki, fevralın 17-də Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ikinci raundu başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 Fevral 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















