İran və ABŞ razılaşa bilər: Sanksiyalar ləğv KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran və Vaşinqton əsas məsələlər üzrə razılığa gələ bilər. Onun sözlərinə görə, diplomatik həll yolu hazırda əlçatandır. Nazir bu barədə CBS News telekanalına müsahibəsində danışıb.
KONKRET.az xəbər verir ki, Abbas Araqçi əvvəlki Nüvə Razılaşmasından (SƏVPB) daha yaxşı anlaşmanın mümkün olduğunu deyib:
“Əvvəl çoxlu detallara yer verilmişdi. Düşünürəm ki, indi bu qədər detala ehtiyac yoxdur. Biz əsas məsələlər üzrə razılığa gələ bilərik: İranın nüvə proqramı sülh məqsədli olacaq və həmişə belə qalacaq. Eyni zamanda, daha çox sanksiya ləğv ediləcək”.
Nazir vurğulayıb ki, tərəflər arasında qarşılıqlı anlaşma üçün real imkan mövcuddur və danışıqlar müsbət nəticə verə bilər.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 22 Fevral 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















