Icma.az
close
up
RU
İran ABŞ yə yeni sülh təklifinin təfərrüatlarını açıqlayıb

İran ABŞ yə yeni sülh təklifinin təfərrüatlarını açıqlayıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 may, AZƏRTAC

İran mayın 19-da, çərşənbə axşamı müharibəyə son qoymaq üçün ABŞ-yə təqdim etdiyi yeni sülh təklifinin təfərrüatlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, rəsmi IRNA agentliyinin məlumatına görə, təklifin detalları İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi tərəfindən parlamentin milli təhlükəsizlik və xarici siyasət Komitəsinin üzvləri ilə görüşdə açıqlanıb. Orada İranla ABŞ arasında diplomatiyadakı son inkişaflar barədə ətraflı hesabat təqdim edilib.

Qəribabadi bildirib ki, Tehranın təklifi “uranın zənginləşdirilməsi və dinc nüvə fəaliyyəti hüququnu” vurğulayır.

Təklif, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə münaqişələrə son qoyulmasını, ABŞ-nin dəniz blokadasını qaldırmasını, İran aktivlərinin azad edilməsini, Vaşinqton tərəfindən son müharibə zamanı yenidənqurma səylərini dəstəkləmək üçün dəymiş ziyana görə kompensasiya ödənilməsini” əhatə edir.

Onun sözlərinə görə, təklifdə bütün birtərəfli sanksiyaların və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi və ABŞ qüvvələrinin İslam Respublikasını əhatə edən ərazilərdən çıxarılması tələb olunur.

Mayın 10-da İran ABŞ-nin müharibəyə son qoymaq təklifinə cavabını Pakistan vasitəsilə çatdırıb, lakin Prezident Donald Tramp İranın təklifini “tamamilə qəbuledilməz” adlandırıb.

İran mediası bazar ertəsi günü bildirib ki, Tehran Pakistan vasitəsilə ABŞ tərəfinə 14 bəndlik yenidən işlənmiş təklif təqdim edib.

Şənbə günü Tramp Tehranı yenidən hərbi eskalasiya ilə hədələyib. ABŞ Prezidenti bazar ertəsi axşamı Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin tələbi ilə çərşənbə axşamı günü İrana qarşı planlaşdırılan hücumu təxirə saldığını açıqlayıb. O, bir paylaşımında Müdafiə Nazirliyinə məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə, dərhal İrana qarşı tam, genişmiqyaslı hücuma hazır olmağı tapşırdığını əlavə edib.

İran isə müharibəyə son qoymaq üçün heç bir razılıq əldə edilməzsə, aprelin 8-dən bəri qüvvədə olan kövrək atəşkəsin pozula biləcəyi qorxusu ilə boğazı bağlayıb və gəmilərdən keçidi Tehranla əlaqələndirməyi tələb edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri