Icma.az
close
up
RU
İran Azərbaycan əlaqələrində yeni mərhələ Cinayətkar cəzasını tapdı

İran Azərbaycan əlaqələrində yeni mərhələ Cinayətkar cəzasını tapdı

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum və həyata keçirilmiş terror aktı birbaşa olaraq bütün beynəlxalq hüquqlara zidd olan hadisə idi.

Bu hücum səfirliyin əməkdaşının şəhid olması, Azərbaycan və İran arasında diplomatik münasibətlərin ən ağır və kritik ana çatdırılmasına gətirib çıxardı.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Millət vəkili qeyd edib ki, bu terror aktı Azərbaycan xalqı tərəfindən də çox hiddətlə qarşılandı və birmənalı şəkildə istər cənab prezident İlham Əliyev, istərsə də bütün Azərbaycan xalqı bu hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb etdi. Bu terrot aktının kim tərəfindən törədilməsi, eyni zamanda bunun arxasında duran qüvvələr, bu sifarişi verən xüsusi xidmət orqanları və s. hamısı bir zəncir olaraq ortaya qoyulmalı və son nəticə kimi bu terror hadisəsini həyata keçirənlərin cəzasının verilməsi tələbi idi.

“Təbii ki, bu gün terror hadisəsini törədən həmin şəxs cinayətkar kimi mühakimə olunub və edam cəzasına məhkum edilib. Bu, Azərbaycan dövlətinin, Azərbaycan dövlət başçısının ərazi bütövlüyümüzün və suverenliyimizin qorunması, ərazi bütövlüyümüzə olan təhdidin qarşısının alınması istiqamətində atdığı addımlar və təbii ki, hər bir Azərbaycan xalqının rifahı ilə bərabər olaraq onun arxasında dövlətin dayanmasıdır”.

Deputat hesab edir ki, bu qərar İran və Azərbaycan arasında münasibətlərə pozitivlik gətirəcəkdir.

"Məhz İran prezidentinin Azərbaycana səfər etməsi, əməkdaşlığa dair verdiyi mesajlar, iki ölkə arasında olan dialoq, cənab prezidentin çıxışları bir daha bunu göstərdi ki, bu, ən ciddi məqamlardan biridir və hüquqi baxımdan, ədalətlə nəticələnən bu hadisənin qiyməti, iki dövlət arasında münasibəti daha da inkişaf etdirəcəkdir. Regionda sülhün bərqərar olması, İran-Azərbaycan münasibətlərinin yeni bir mərhələdə inkişafına təkan verən əsas amildir və bu, Azərbaycan prezidenti başda olmaqla, Azərbaycanın apardığı müstəqil daxili və xarici siyasətinin təzahürü kimi qiymətləndirilməlidir”, - deyə Arzu Nağıyev vurğulayıb.

Politoloq Əziz Əlibəyli isə deyir ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri İran-Azərbaycan münasibətlərinin yaxşılığa doğru getdiyini göstərir. Ancaq əsas məsələ bu təsirlərlə bağlı deyil. Ondan əvvəl də İbrahim Rəisinin səfəri baş vermişdi və bu görüş kifayət qədər müsbət notlarla yadda qalmışdı.

Əziz Əlibəyli hesab edir ki, İranın Azərbaycana qarşı bu yanaşmasının kökündə onun regional müstəvidəki itkiləri dayanır və öz maraqlarını qorumaq naminə bölgədəki güclərlə hesablaşmaq istiqamətində addımlar atmağa məcbur qaldı.

Politoloq əlavə olaraq bildirib ki, burada İranı düşündürən Azərbaycana yönəlik cinayətkarın edam olunmasının ədaləti yox, özünün geosiyasi maraqlarını qorumaq instinktindən qaynaqlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 22 May 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri