Icma.az
close
up
RU
Azərbaycan Vyetnam əlaqələrində perspektivli mərhələ başlanır

Azərbaycan Vyetnam əlaqələrində perspektivli mərhələ başlanır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin yeni konturlarının görünməsinə Bakının beynəlxalq müstəvidə, həqiqətən də, Qərblə Şərq, Cənubla Şimal arasında körpü missiyasına qlobal yanaşmasının məntiqi nəticəsi kimi baxa bilərik. Əslində, son illər “kollektiv Qərb”in Cənubi Qafqaza, xüsusilə, ölkəmizə münasibətdə sərgilədiyi yanlış, Bakının strateji əməkdaşlıq çağırışlarına adekvat olmayan davranışları fonunda Azərbaycanın Asiya qitəsində özünə etibarlı və səmimi dostlar qazanması qanunauyğunluq kimi qəbul edilməlidir.

Asiya nəhəngi Çindən sonra Vyetnamın da bu dost düşərgədə yer alması Azərbaycanın dünyanın yeni güc mərkəzinə çevrilməkdə olan Cənub–Şərqi Asiya regionu ilə əməkdaşlığın coğrafiyasını daha da genişləndirmək yönündə atdığı uğurlu diplomatik addımlarındandır. Azərbaycan və Vyetnam arasında münasibətlər milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında qurulub. Bu əlaqələrin tarixi keçən əsrə gedib çıxır. Bakı Hanoyla bir çox sahələr üzrə əməkdaşlıq edir, beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə ölkələrimiz bir-birini dəstəkləyirlər.

Bütün bunları nəzərə alsaq, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri təsadüfi sayılmamalıdır. Bu xüsusda onu da qeyd etmək lazımdır ki, Vyetnam rəhbərinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra Azərbaycana ilk, eləcə də baş katib To Lam vəzifəyə başladıqdan sonra birinci səfəridir.

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü keçirildi.

Bu səfər çərçivəsində iki ölkə arasında turizm, təhsil, informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və ətraf mühit kimi bir çox sahələrdə əməkdaşlığı gücləndirmək üçün qərarlar qəbul edildi.

Azərbaycanın yeni strateji tərəfdaşına çevriləcək Vyetnam Asiya qitəsində, öz coğrafiyasında yerləşən mühüm ölkələrdən biri kimi qiymətləndirilməlidir. İkitərəfli səmimi və səmərəli münasibətlər daha vacib sayıldığından, bu coğrafiyada Vyetnam həm də müəyyən çəkiyə malik dövlət kimi qəbul olunur. Bu nöqteyi-nəzərdən Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin yeni mərhələyə keçməsi perspektivini gələcəyə qoyulan sərmayə kimi dəyərləndirmək mümkündür. Yeri gəlmişkən, rəsmi Bakı Vyetnamın tezliklə ölkəmizdə səfirliyinin açılmasını gözləyir.

Xalq təsərrüfatının müxtəlif sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Bu komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli şəkildə reallaşdırılması üçün mühüm platforma rolunu oynayır. Bundan başqa, xarici işlər nazirlikləri xətti ilə siyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu ilin aprel ayında keçirilib. Hər iki ölkənin parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.

İki ölkənin hakim partiyaları arasında sıx əməkdaşlıq bu müstəvidə də münasibətlərin inkişafına təkan verir. 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq sazişinin imzalanması münasibətlərdə gələcəyə yönəlik müsbət perspektivdən xəbər verir.

Yaxın tarixə nəzər salsaq, görərik ki, Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulub. Sonrakı illərdə iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlıq bağları inkişaf etdirilib. Qeyd etdiymiz kmi, Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq genişlənməkdədir. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq özünün yüksək səviyyəsinə çatıb, hər iki tərəfdən rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. Eyni zamanda, Vyetnamla beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək lazımdır.

HAŞİYƏ: 1959-cu ilin iyulunda keçmiş SSRİ-yə səfər edən Vyetnam Prezidenti Xo Şi Min ölkəsinin əsas təbii sərvətlərindən olan neft yataqlarının kəşfiyyatı və işlənməsi üçün yollar axtarırdı. Bu axtarış onu həmin il iyulun 23-də Bakıya gətirib çıxarır. Təyyarə Bakının səmasında olarkən Ho Şi Min tərcüməçini yanına çağırıb deyir: “Bax, aşağıda nə görürsən? Dəniz! Amma, bu, adi dəniz deyil, neft dənizidir”. Xo Şi Min Xəzər dənizində böyük neft-qaz platformalarının olduğunu bilirdi. Təyyarəsi Bakıya enəndən sonra onu paytaxt ətrafındakı neft-qaz yataqları ilə tanış edirlər. “Vyetnamda da dəniz var, inanıram ki, bizim də mütləq neftimiz olacaq. Amma ölkəmiz müharibə şəraitindədir və biz neft çıxarılmasını da gerçəkləşdirə bilmərik. Ümid edirəm və inanıram ki, Vyetnamın müqavimət müharibəsi uğurla başa çatdıqdan sonra siz bizə neft tapmaqda kömək edəcək, sonra neftin istismarına və emalına yardım göstərəcəksiniz. Bakıdakı kimi neft-qaz sənayesi parkı tikəcəksiniz”, - deyə Xo Şi Min Azərbaycan mühəndisləri və neftçiləri qarşısında çıxış edərkən söyləmişdi.

Həqiqətən də, tam azad olandan və birləşəndən sonra Vyetnamda neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçiləri tarixi xidmətlər göstəriblər. Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə 1981-ci ildə “Vietsovpetro” birgə müəssisəsi yaradılıb. Bu məqsədlə Azərbaycanın qabaqcıl neft mühəndisləri, geoloqları, ixtisaslaşmış işçiləri Vyetnama ezam olunublar. Bundan başqa, Azərbaycandan bu ölkəyə neft sənayesinə aid xeyli sayda texnika və avadanlıq göndərilib. Maraqlı faktlardan biri də budur ki, birgə şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, geologiya bölməsinin ilk rəhbəri isə Müslüm Vəliyev olub.

1983-cü ildə Vyetnamın böyük dostu Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyəti bu ölkəyə səfər edib. Həmin səfər keçmiş SSRİ-nin Vyetnamla münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyırdı. Sovet hökumətinin rəhbərlərindən biri kimi Heydər Əliyev Vyetnamın birləşməsindən sonra bu ölkəyə qədəm qoyan ilk yüksək vəzifəli xarici qonaq idi. Əslində, bu səfər Vyetnam üçün həyati əhəmiyyət daşıyırdı. Ona görə ki, uzun sürən Fransa işğalından, ABŞ ilə qanlı müharibədən sonra yenicə sülh, sabitlik və inkişaf yoluna qədəm qoyan Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda Heydər Əliyevin Hanoya səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi.

Azərbaycanla Vyetnam arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığın kökləri də sovet dövrünə gedib çıxır. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk SSRİ–Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib və onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959–1962-ci illərdə Prezident Xo Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada üç film çəkib. Bu xidmətlərinə görə o, Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə təltif edilib. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı tələbə təhsil alıb. Onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələrdə işləyir. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam–Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.

Bəli, keçmiş təcrübə öz bəhrəsini verir və hazırda Vyetnam Azərbaycanın yeni strateji tərəfdaşı olmağa namizəddir. Qarşılıqlı istək və marağa söykənən bu əməkdaşlığın yalnız uğurlara imza atacağını indidən söyləyə bilərik.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri