Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

İran Azərbaycana hücum etsə, nə olacaq? Qoqoya cavab

İran Azərbaycana hücum etsə, nə olacaq? Qoqoya cavab

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanda fəaliyyət göstərən Rondeli Fondunun rəhbəri Kaxa Qoqolaşvilinin birdən-birə ağlına gəlib ki, İranla Azərbaycan arasında mümkün münaqişəni şərh etsin.

Onun fikrincə, bu “hərbi münaqişə” üçün kifayət qədər səbəblər varmış. Və əgər belə bir “hərbi münaqişə” başlasa, Tiflis çıxılmaz vəziyyətdə qalacaqmış: çünki bu halda Türkiyə öz ordusunun Gürcüstandan keçərək Azərbaycana gəlməsi üçün (kömək məqsədilə) Tiflisə müraciət edəcək, Tiflis isə icazə verdiyi halda onun Ermənistan, İran və Rusiya ilə münasibətləri korlanacaqmış. Buna görə də Gürcüstan qərar verməkdə çətinlik çəkəcəkmiş! “Əgər icazə versək, İran bizim dəmir yollarımızı raket və PUA-larla hədəf ala bilər”, – deyir Qoqolaşvili...

Yanlış yanaşmadır və ümumiyyətlə, bu “utopik nəzəri versiyanın” hansı zərurətdən ortaya çıxdığı da anlaşılmazdır.

Amma Kaxa Qoqolaşvilinin ermənilərin arzuladığı “ehtimalı” olarsa, Türkiyə Gürcüstandan izn almayacaq, birbaşa Naxçıvandan və yaxud elə öz sərhədindən İrana müdaxilədən qətiyyən çəkinməyəcək. Kaxaya kim deyir ki, İranın müdaxiləsi zamanı “savaş” Azərbaycan ərazisində gedə bilər?

İkinci tərəfdən, ABŞ və İsrail üçün bu, göydəndüşmə fürsət olardı. Trampın qayıdışı ilə İran ətrafında çənbər daralıb və ABŞ prezidentinin yeni milli təhlükəsizlik müşaviri Maykl Uolts rəsmən elan etdi ki, İran həddən artıq zəifləyib və bu vəziyyətdən istifadə etmək üçün Tehranla bağlı gələn ay qəti qərar veriləcək. Bu qərarın böyük ehtimalla iqtisadi olacağı və İranı iqtisadi baxımdan çökdürməyi hədəfləyəcəyi ehtimal olunur. Ancaq hərbi müdaxilə də masadadır, belə olmasaydı, İran SEPAH, “Bəsic”, ordu, dəniz, HHM qüvvələri də daxil olmaqla, bir-birinin ardınca, dayanmadan təlimlər keçirməzdi. İran hətta ilk dəfə olaraq yeraltı raket bazasını da açıq şəkildə nümayiş etdirdi – səbəb aydındır, ABŞ-ın yeni rəhbərliyinə və İsrailə nə ilə toqquşa biləcəklərini izah etmək və hərbi müdaxilə planlarından imtinaya çalışır.

Yəni hətta ABŞ-İsrail cütlüyünün İrana mümhün hava zərbəsi ehtimalı da yox deyil – ancaq quru əməliyyatı ən avantürist hərbi-siyasi ekspertin belə ağlından keçirmədiyi ssenaridir. Amma əgər İran Azərbaycana qarşı hər hansı düşünülməmiş addım atarsa, bu, Tehran üçün birmənalı intihardır – təkcə NATO-nun ən qüdrətli ikinci ordusuna malik Türkiyənin müdaxiləsi və ABŞ-İsrail cütlüyünün zərbəsi deyil, həm də İrandakı 40 milyon azərbaycanlının daxili inqilabı ilə üzləşəcək.

İranın Azərbaycana hücum “ssenarisi” İranı məhv etmək istəyənlərin böyük arzusudur. Tehran bunu anlamamış deyil...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri