İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı VİDEO
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın dövlət televiziyalarından birində “beynəlxalq məsələlər üzrə ekspert” kimi çıxış edən Xoşçeşm adlı şəxs, İranın Azərbaycana qarşı bir sıra hərbi hücumlar həyata keçirməli olduğunu iddia edib.
Bakupost.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Azər Həsrət paylaşım edib.
İranlı ekspert guya Azərbaycanın hava məkanını İsrail döyüş təyyarələrinə açdığını və bu təyyarələrin Təbrizi bombalamaq məqsədilə həmin hava dəhlizindən istifadə etdiyini irəli sürüb.
O, bununla kifayətlənməyərək, İranın digər qonşu ölkələrə də hücum etməli olduğunu bildirib.
Ekspert həmçinin Bəsrə körfəzi hövzəsində yerləşən ərəb ölkələri ilə Azərbaycanın neft obyektlərinin hədəf alınmasını təklif edib. Onun bu fikirləri Güney Azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılıqla qarşılanıb və geniş etiraz və müzakirə doğurub.
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 İyun 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















