Icma.az
close
up
RU
İran Azərbaycandan niyə qorxur?

İran Azərbaycandan niyə qorxur?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Qan da elə bir şeydir ki, illərlə sakit axa, birdən coşub daşa bilər. Sadəcə qanın oyanması üçün bir qədər zaman və şərait gərəkdir.

Qan yaddaşı sözü də havadan, sudan götürülməyib. Qanın özündə saxladığı informasiya gözümüzün rəngindən tutmuş, dədəmizin xasiyyətinə qədər bizə keçir, xasiyyətimizi formalaşdırır və bizdən sonrakı nəslə də bizdən bir pay aparır.

Qandan söz düşmüşkən, hazırda İranda damarında türk qanı axan 30-40 milyon arasında insan yaşayır. Sadəcə İranın özünə sərf etməyən bu məlumat fərqli mənbələrdə müxtəlif cür göstərilir. Gah azaldılır, gah da saxtalaşdırılır.

İranın ümumi əhalisi isə təqribən 91 milyondur. Təsəvvür edin ki, yarısı, bəlkə də yarısından çoxu türkdür.

İran rejimi illərlə türklüyü və türkçülüyü həmin ərazilərdən silmək istəsə də, türk dilində danışmağı qadağan etsə də, Şərqi Azərbaycan əyalətinin Miyanə şəhərində bir ananın şirin bayatı səsi İran rejiminin dizini yerə atır.

"Mindim dəvənin boynuna,

Əlimi qoydum boynuna,

Babalım bais boynuna,

Qoy aparsın yadlar məni,

Qul eylər (Hüseyn bala) satar məni".

İran Azərbaycandan niyə qorxur?

Dəvənin boynunu qucaqlayan, onun nazını çəkən ananın səsi susuz torpaqlara yağış kimi yağır, ürəyimizə məlhəm kimi yayılır. Arazın o tayından bu tayına səs-haray verir. Nisgilli olan bu səs, xəbər verir ki, biz buradayıq, qanımız da, dilimiz də, bayatımız da buradadır. Özümüz də torpağımızdayıq. Qurban sənə, ay ana. Şirin üzünə, doğma dilinə, nazlı avazına qurban.

Ən maraqlısı da odur ki, Azərbaycanı ikiyə bölən "Türkmənçay" müqaviləsi də məhz Miyanə şəhərinin yaxınlığında yerləşən Türkmənçay kəndində 1828-ci ildə imzalanıb. Təsadüfdürmü, bu türk torpağında türk anasının dediyi bu bayatı?

Deyirlər təsadüf olmur. Həm də deyirlər ki, təsadüf Allahın gizli imzasıdır.

Arazın o tayında qalan, bizdən ayrı düşən qardaşlarımız bu gün səhər yenə də milli kimliklərini, mərdliyini, türklüyünü bir daha nümayiş etdirdilər.

Bu gün səhər "Azad İran" teleqram kanalı xəbər verdi ki, bəs Güney Azərbaycan ayaqdadır, oyaqdır.

Güney Azərbaycan Milli Hərəkatının fəalları Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəkillərini şəhərin müxtəlif yerlərində divarlara vurublar.

Fotoların üzərində də "Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!" və "Yaşasın Şam fatehi Ərdoğan rəis!" yazısıyla.

İndi bunu görən Seyid Əli Xamenei nə etsin, onun fətvası ilə Azərbaycanı, Azərbaycan xalqını, onun ölkə başçısını təhqir edən Seyid Həsən Amulini nə etsin?

Mən deyim, hər ikisi tövbə eləsin!

Bir daha nə Azərbaycanın, nə Azərbaycan xalqının, nə də onun prezidentinin adını dillərinə alsınlar! Amma digər tərəfdən də başa düşürəm ki, qorxurlar.

Çünki sən silah və qorxu gücünə, həbsxanalarla təhdid etməklə bir yerə qədər mübarizə apara bilirsənsə, bayatıya, sözə, şivəyə qarşı bunu edə bilmirsən və bilməzsən! Çünki acizsən, qan yaddaşının, türklüyün və türkçülüyün qarşısında çox cılızsan!

Bir bayatı, bir bənd şeir Xameneini parça-tikə edirsə, deməli elə ən güclü silah elə türkün səsi, sözüdür.

Heç yadından çıxmaz, 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan qalib ordunun və qardaş türk hərbçilərinin qarşısında Laçın bayatısından bircə bənd dedi.

Dedi ki,

"Arazı ayırdılar

Lil ilə doyurdular,

Mən səndən ayrılmazdım

Zor ilə ayırdılar".

Deyilən bu bir bənd bayatı onları necə səksəkəyə saldısa, Türkiyənin İrandakı səfirini nazirliyə çağırıb nota da verdilər.

Mən yüksək kürsülərdən danışa bilməsəm də, onu bilirəm ki, türkün bayatısı, türkün səsi hər zaman İran rejimi üçün silahdan daha təhlükəli olub.

Çünki elə İran hökumətinin apardığı sorğular nəticəsində görünən odur ki, İran rejimini ayaqda saxlayan dini kimlik məsələsi öz gücünü, aktuallığını itirir. İranda yaşayan xalqlar, xüsusən də Azərbaycan türkləri öz milli mənsubiyyətini daha dərindən dərk edir və bununla fəxr edirlər. Təbii ki, bu işdə Azərbaycanın Qarabağda əldə etdiyi qələbə vacib rol oynadı.

Sözlərimə qüvvət kimi İranın gözəl və məğrur qadınlarının davranışı da nümunə gətirə bilərəm. İran hökuməti artıq qol gücünə, zor gücünə gözəl İran qadınlarının başını örtə bilmir. Onları məcburən qara örtük məhkumuna çevirə bilmir. Azad ruhlu və mübariz İran qadını Məhsa Emininin məzarı üstündə saçlarını kəsməklə bütün dünyaya bildirdi ki, Məhsa Eminini İran polisi hicab taxmadığı üçün qətlə yetirib.

Və İran qadını bu qətlin təkrarlanmasına imkan verməyəcək!

Məhz bu qadınlar İranı qara cübbəli mollaların əlindən xilas edəcəklər! Gülüşləri, qara saçları, gözəl gözləri, mərd və qorxmaz ürəkləri, bir də həzin bayatısı ilə...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see235

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see172

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri