Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir?

İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hüquqşünas XİN-in bəyanatını şərh etdi: "Azərbaycana qarşı "həbsdəki vətəndaşlara pis rəftar edilir" tipli iddiaları..."

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirərkən deyib. Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycanda saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran İslam Respublikasının vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.

Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə videogörüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.

Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. İranın Bakıdakı səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.

Yalnız 2025-ci ildə İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrdə cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub. Azərbaycan tərəfinin həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş 5 nəfər İran vətəndaşı son əfv fərmanı ilə azadlığa buraxılıb".

XİN rəsmisi əlavə edib ki, İranda saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycanın İrandakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallarda diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.

Eyni zamanda sorğu olunmasına baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir".

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlaması bir daha göstərir ki, rəsmi Bakı məhbuslarla bağlı öhdəliklərini beynəlxalq normalara uyğun yerinə yetirir: “Qarşı tərəf İran İslam Respublikası isə eyni şəffaflığı nümayiş etdirmir. Azərbaycan tərəfi həbsdə olan bütün İran vətəndaşları ilə bağlı məlumatları rəsmi Tehrana təqdim edir, onların səfirliklə əlaqəsinə, konsul görüşlərinə və ailə ilə ünsiyyətinə şərait yaradır. Hətta penitensiar müəssisələrdə videogörüş imkanının yaradılması, səfirliyin gətirdiyi dərmanların məhbuslara çatdırılması və əfv fərmanları ilə azadlığa buraxılma faktları göstərir ki, rəsmi Bakı qanunvericiliyə və humanist prinsiplərə tam əməl edir. İran tərəfinin bu haqda məlumatı var. Ona görə də onların Azərbaycana qarşı "həbsdəki vətəndaşlara pis rəftar edilir" tipli iddiaları hüquqi əsası olmayan, daha çox siyasi ritorikaya hesablanmış bəyanatlardır".

Natiq Ələsgərov diqqəti İranda həbs edilən Azərbaycan vətəndaşlarının durumuna çəkir: “Ən ciddi problem buradadır ki, İran tərəfi bizim vətəndaşlarımız barədə məlumatları gizlədir. Diplomatik missiyamız çox vaxt məhbuslarımızla görüşə buraxılmır, onların ailələri ilə ünsiyyətinə imkan verilmir. Bu isə həm 1963-cü il Vyana Konvensiyasının, həm də Azərbaycan və İran arasında imzalanmış 1998-ci il "Məhkumların verilməsi haqqında Müqavilə"nin açıq pozuntusudur. Azərbaycan bu müqavilənin şərtlərinə əməl edir, amma Tehran əksini göstərir".

Hüquqşünas qeyd edir ki, bu praktika təsadüfi deyil: “Əgər bir ölkə özündə saxlanılan xarici vətəndaş barədə məlumatı təqdim etmir və konsul görüşlərinə imkan yaratmırsa, bu, həmin şəxslərin saxlanma şəraitinin və məhkəmə prosesinin ədalətliliyinin şübhə altında olduğuna işarədir. Təəssüf ki, İran bu sahədə ikili standart nümayiş etdirir: Azərbaycanda öz vətəndaşlarının hüquqlarının təmin olunmasını tələb edir, amma bizim vətəndaşlarımızın hüquqlarını bilərəkdən pozur”.

Natiq Ələsgərov bildirir ki, Azərbaycan bu məsələni yalnız ikitərəfli diplomatik kanallarla deyil, həm də beynəlxalq platformalarda qaldırmalıdır: “Əgər İran tərəfi 1998-ci il müqaviləsinə və beynəlxalq öhdəliklərinə əməl etmirsə, məsələni BMT-nin müvafiq qurumlarında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda qaldırmaq lazımdır. Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması yalnız diplomatik etirazla məhdudlaşmamalıdır”.

Natiq Ələsgərov vurğulayıb ki, Azərbaycanın addımı şəffaflıq və humanizmdir, İranın mövqeyi isə gizlətmək və siyasi manipulyasiyadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri