Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

İran Rejimi Bəndər Abbasdakı partlayışla bağlı məlumatları gizlədir ARAŞDIRMA

İran Rejimi Bəndər Abbasdakı partlayışla bağlı məlumatları gizlədir ARAŞDIRMA

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 26-da İranın Bəndər Abbas şəhərində yerləşən Şahid Rəcayi limanında baş vermiş dəhşətli partlayışla bağlı təfərrüatlar üzə çıxmağa davam edir. Hadisənin ardından İran hökuməti, Səhiyyə Nazirliyi və əlaqədar qurumlara məlumat yayılmasını qadağan edib, bu da mətbuatın hadisəni işıqlandırmasını çətinləşdirib. Bəzi jurnalistlər, məlumatların yayılmasının qarşısının alındığını və özlərinin təqib olunduqlarını bildirirlər .​

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər.

Şəhər sakinlərinin sözlərinə görə, konteynerlərin ətrafında hələ də çox sayda cəsəd qalıb.

“Hadisə yerində davam edən yanğının gücü o qədər yüksəkdir ki, yanğınsöndürənlərin istifadə etdiyi borular belə əriyib. Hadisə yerində vəziyyət o qədər təhlükəlidir ki, dağıntılar arasına daxil olmaq mümkün deyil və bu əraziyə heç kimin girməyə cəsarəti çatmır. Partlayışdan ən çox zərər görən obyektlərdən biri “Sina” şirkətidir. Şirkətə məxsus bina tamamilə dağılaraq alova bürünüb və hadisənin neçə nəfərin həyatına son qoyduğu hələ də dəqiq məlum deyil. Həmin ərazidə şüşə, kərpic və sement yığınına çevrilmiş tikililər yanmaqda davam edir”– deyə şahidlər əlavə edib.

Məlumatlara görə, eyni aqibətlə üzləşmiş Xəzər Qeşm şirkətinin qarşısında isə onlarla yaralı yerə sərilmiş vəziyyətdə olub. Təcili tibbi yardım maşınları əraziyə daxil ola bilməyib. Partlayışdan sağ qalanlar isə ya zərbə dalğasından xəsarət alıblar, ya da ağır yaralanıblar.

Ətraf Mühitin Mühafizəsi Təşkilatının nümayəndəsi havanın zəhərli olmadığını iddia etsə də, sakinlər buna inanmayıb və bildiriblər ki, şəhərin səması qara tüstü ilə örtülüb, vəziyyət isə açıq şəkildə görünür.

Bəndər-Abbasın həm cənubunda, həm də şimalında yaşayan sakinlər şəhər havasının hələ də zəhərli olduğunu deyirlər.

Şahidlərdən biri deyir ki, partlayış yerindən bir kilometr aralıda əlləri və ayaqları qırılmış onlarla insan yerə sərilmişdi, bəzi üzlərə şüşə parçaları batmışdı:“Partlayış hər şeyi yerlə-yeksan etmişdi, dağıntılar bitmək bilmirdi. Şəhərin küçələri tamamən səssizdir, amma xəstəxanaların arxasında vəziyyət açıq şəkildə görünür. Ailələr isə yaxınlarının sağ qalması üçün ümidsiz gözlərlə gözləyirlər. Hazırda Bəndər-Abbasda elə bir küçə yoxdur ki, orada partlayışda həyatını itirən bir ailənin yas mərasimi keçirilməsin”.

Etemad-ın (rejimin qəzeti) məlumatına görə, Sina və Xəzər Qeşm şirkətlərindəki dağıntıların bir qismi bir gün sonra çıxarılsa da, Sina şirkətinin qalıqları hələ də yanır və neçə nəfərin həlak olduğu hələ də bilinmir.

Sina Liman Xidmətləri Şirkətinin icraçı direktoru Cəfəri partlayışın səbəbi ilə bağlı maraqlı və bir o qədər də ciddi açıqlama verib. Onun sözlərinə görə, partlayan yük limana “adi mal” kimi daxil olub və bu səbəbdən təhlükəli maddə kimi qeydiyyata alınmayıb. Halbuki, yükün tərkibi və partlayışın dağıdıcı gücü onun “təhlükəli yük” statusunda sənədləşdirilməli olduğunu açıq şəkildə göstərir.

ILNA xəbər agentliyi yazır ki, təhlükəli yüklərin limana düzgün bəyan edilməməsi fəlakətə səbəb olub. Gömrük orqanları isə bildiriblər ki, partlayışa səbəb olan yük ümumiyyətlə qeydiyyatdan keçməyib və gömrüyə bəyan olunmayıb.

Simaye Azadi kanalının müxbiri qeyd edir ki, hadisənin baş verdiyi gün limanda hava temperaturu 40 dərəcədən yuxarı olub. Bu da konteynerlərin içindəki maddələrin qızmasına və partlayışa səbəb olub. Bildirilir ki, həmin maddələr raketlərin bərk yanacağının hazırlanmasında istifadə olunurmuş və bir ay boyunca limanda saxlanılıb.

Yanğınsöndürənlər isə bildirirlər ki, konteynerlərin içindəki maddələrin tərkibi barədə ilkin mərhələdə heç bir dəqiq məlumat olmayıb. Bu səbəbdən alovlara müdaxilə etmək ciddi çətinlik yaradıb. İstiliyin yüksəkliyi səbəbindən alova yalnız 300 metrlik məsafədən su püskürtmək mümkün olub. Yalnız iki gündən sonra konteynerlərin qapılarını açmaq mümkün olub və həmin vaxta qədər yanan maddələrin nə olduğu məlum deyildi.

Ətraf Mühitin Mühafizəsi Təşkilatı ərazidə havanın zəhərli olmadığını bildirsə də, sakinlər bu açıqlamaya inanmır. Onlar şəhərin səmasının qara tüstü ilə örtüldüyünü və nəfəs almağın çətinləşdiyini deyirlər.

Bəndər Abbasın cənub və şimal bölgələrində yaşayan sakinlər şəhər havasının hələ də zəhərli olduğunu bildirirlər. Küçəyə çıxanların sayı azdır və yalnız bir qismi maskadan istifadə edir. Rəsmi qurumların verdiyi açıqlamalar isə əhalinin narahatlığını aradan qaldıra bilmir.

İran hökumətinin məlumat yayılmasını qadağan etməsi və Tehran prokurorluğunun media orqanlarına qarşı cinayət ittihamları irəli sürməsi İranda mətbuat azadlığı ilə bağlı narahatlıqlara səbəb olub. Mizan xəbər agentliyi, “qanunsuz xəbərlər” yayanları hüquqi məsuliyyətə cəlb edəcəyini bildirib. Bəzi jurnalistlər, ölüm sayının 70-dən çox olacağını bildirirlər, lakin rəsmi orqanlar məlumatları gizlədir.

Partlayışın səbəbi ilə bağlı təhlillər davam edir. Limana daxil olan yükün təhlükəli maddə olaraq qeydiyyatdan keçirilmədiyi, bunun nəticəsində böyük fəlakətə səbəb olduğu bildirilir. Hadisə baş verən gün limanda hava temperaturu 40 dərəcədən yuxarı olub ki, bu da konteynerlərdəki maddələrin qızmasına və partlayışa səbəb olub.

Prezident Məsud Pezeşkian infrastruktur çatışmazlığını və gömrük gecikmələrinin səbəb olduğu konteyner yığılmasını qaldırıb. Rəsmilər, yanğının dörd gündən sonra nəzarətə alındığını və zəhərli maddələrin Fars körfəzinə sızmadığını açıqlayıblar. Bununla belə, partlayışla bağlı məlumatların yayılması çətinləşir və müxalif qruplara xəbərdarlıqlar edilir. Şəhid Rəcayi limanı İranın əsas idxal mərkəzlərindən biridir və partlayışla bağlı parlament araşdırma aparır.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri